Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1739/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin rəhbəri X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X7 xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi rəhbəri X8 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, X5 və X6 doğma bacıdırlar. Hər ikisi həm bir evdə yaşayırlar, həm də bir yerdə Şəxs MMC-də çalışırlar. xx xxxxxx 2020-ci il tarixdə onlar birlikdə işə gəlmişlər və həmin gün həftənin şənbə günü olduğundan və qeyri iş günü olduğundan vətəndaşların qəbulu olmamışdır. Bundan əlavə çalışdıqları ofisdə İrfan Sultanova ilə Sevinc Sultanovanın əyləşdiyi masa arasında kifayət qədər məsafə vardır ki, bu halda özü-özlüyündə karantin qaydalarının pozulmasına dəlalət etmir. Ona görə də həmin gün qeyri-iş günü olduğundan, eləcə də bacıların aralarında olan məsafə kifayət qədər olduğundan hesab edir ki, tibbi maskadan istifadə etməyə zərurəti olmamışdır. Göstərilənləri nəzərə alaraq tərtib edilmiş protokol üzrə iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o və bacısı Sevinc Sultanova həm bir evdə yaşayırlar, həm də bir yerdə Şəxs MMC-də çalışırlar. xx xxxxxx 2020-ci il tarixdə onlar birlikdə bir avtomaşında işə gəlmişlər və həmin gün qeyri iş günü olduğundan vətəndaşların qəbulu olmamışdır. Bundan əlavə çalışdıqları ofisdə bacısı Sevinc Sultanova ilə onun əyləşdiyi masa arasında kifayət qədər ara vardır. Ona görə də həmin gün qeyri iş günü olduğundan, eləcə də bacısı ilə aralarında olan məsafə kifayət qədər olduğundan hesab edir ki, tibbi maskadan istifadə etməyə zərurəti olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi iləolan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 13:49 radələrində Səbail rayonu Qurban Abbasov küçəsi ev 35, mənzil 19 ünvanında yerləşən ofisdə epidemiya əleyhinəsanitar-qiqiyena və karantin rejimi rejiminin (2 nəfər işçinin tibbi maskadan istifadə etməməsi) tələblərinin pozulması aşkar edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixdə çəkilmiş fotoşəkildən görünür ki, Şəxs MMCyə məxsus ofisdə işçi tərəfindən tibbi maskadan istifadə edilməmişdir. İşə əlavə edilmiş Şəxs MMC-nin direktoru X1 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ofisdə və bacısı İrfan Sultanova tərəfindən tibbi maskadan istifadə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarının 1.4-cü bəndində göstərilir ki, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində qoruyucu tibbi maskadan istifadə edilməlidir. Hazırki işdən isə görünür ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş və həmin gün qeyri iş günü (şənbə günü) olmuşdur. Başqa sözlə həmin gün Şəxs MMC vətəndaşlara heç bir xidmət göstərməmişdir. Həmçinin müəyyən edilmişdir ki, İlfan Sultanova və bacısı Sevinc Sultanova həm bir evdə yaşayır, həm də bir yerdə Şəxs MMC-də çalışırlar. Həmin gün isə onlar bir yerdə eyni avtomobildə işə gəlmişlər. X3 izahatı ilə müəyyən edilmişdir ki, onlar eyni ofisdə çalışsalar da, onunla bacısının iş masası arasında kifayət qədər ara məsafəsi vardır. Bütün bunların əksi olaraq isə məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını inandırıcı hesab edir, həmçinin hesab edir ki, sözü gedən MMC-də qeyri iş günü olduğundan tibbi maskadan istifadə edilməsi zərurəti olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Akta nəzər salındıqda müəyyən edilir ki, sözügedən aktdakı imzalar yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Halbu ki, protokol tərtib edilən vaxt orada olan MMC-nin əməkdaşı X5 iştirak etmiş və ondan izahat alınmışdır. Göründüyü kimi X1 qeyd edilən aktda imza etməməsi (iştirakının təmin edilməməsi) bir daha inzibati xəta hadisəsinin baş verməsini və sözü gedən aktı şübhə altına alır. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunda Şəxs MMC-yə məxsus ofisdə karantin qaydalarının pozulması halları müəyyən edilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-ninəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 211.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1739/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1739/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver