Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-174/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və X11 işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 13 dekabr 2022-ci il tarixdə Bakı Şəhər Dövlət Yol Polis Xidmətinin inspektoru Şahid tərəfindən yazılmış İXP ******* nömrəli protokolun əsasında, TP ******* nömrəli qərardan şikayət etmiş və nəticədə xx.xx.2022 tarixində məhkəmənin qərarı ilə qərar ləğv edildi və iş yenidən baxılması üçün geri göndərildi. Məhkəmə işinin nömrəsi: 3(009)- 1989/2022. Amma buna baxmayaraq xx.xx.2023 tarixində Bakı şəhər DYPİ X12 Himmət tərəfindən yenə də heç bir sübut göstərilmədən, onun xəbəri olmadan, araşdırılmadan, yəni heç bir dəyişiklik etmədən, yenə də əsassız olaraq TP ******* nömrəli qərar qəbul olunub, 60 manat cərimə və 3 bal qüvvədə qalıb. 7 oktyabr tarixində Azneft dairəsində YPX inspektoru Şahid onu saxlayıb X11 protokol ******* tərtib edib, İXM 372.2 maddəsi ilə 60 manat cərimə edib. O, inspektora bildirdi ki, X4 1-ci maddəsinə əsasən hərəkətinin davam etməsi heç bir nəqliyyat vasitəsinin sürətini və ya istiqamətini dəyişmədi. 9 oktyabr tarixində o, elektron kabinetdə yerləşdirilən protokola şikayət etmiş (surəti əlavə olunub). Cavab gəlmədi. 23 oktyabr tarixində o, yenə də elektron şikayət göndərdi (surəti əlavə olunub). 17 noyabr tarixində şikayətinə elektron cavab verildi (surəti əlavə olunub) və qərar qüvvədə qaldı. Halbuki ona heç bir sübutedici nə video nə foto təqdim olunmadı. Yazılan protokol və qəbul olunan qərar Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən bir neçə qayda pozuntuları ilə aparılıb. X4 1-ci maddəsi, 41-ci bəndinə əsasən o, qayda pozmamış, çünki qeyd etdiyi kimi, heç bir nəqliyyat vasitəsinin sürəti və ya istiqamətinin dəyişməsinin sübutu yoxdur. Ona serjant Şahid tərəfindən yerində təqdim olunan kağız protokolda YHQ-nin hansı maddəsini pozduğu qeyd olunmayıb (surəti əlavə olunub). Protokolda iki dəfə İXM 372.2 qeyd olunub. Halbuki birinci pozduğu yol hərəkəti qaydası qeyd olunmalıdır və ondan sonra tətbiq olunan inzibati xətanın cəriməsi. Elektron kabinetdə yerləşdirilən protokolda sübut kimi heç bir video və foto əlavə olunmayıb. Halbuki bu birbaşa İXM-nin 81.2 və 122.1-ci maddələrinə ziddir. Qeyd edilənləri nəzərə alaraq Bakı şəhər DYPİ tərəfindən təkrarən eyni qayda pozuntuları ilə qəbul olunan TP ******* nömrəli qərarın ləğv edilməsi və 60 manat cərimə, dəbbə pulu və 3 balın silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək Bakı şəhər DYPİ tərəfindən təkrarən eyni qayda pozuntuları ilə qəbul olunan TP ******* nömrəli qnömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin nümayəndəsi Qanbayev X6 Səyyar Azad oğlu barəsində qəbul edilmiş Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində bildirmişdir ki, sürücü digər nəqliyyat vasitəsinin hərəkətinə mane olmuş, ona görə də saxlanılmışdır. Sürücüyə video təqdim edildi, ona 15 gün ərzində şikayət edə biləcəyi bildirilmişdir. Şəxs razı olmuş, protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli X11 protokolundan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 xx.xx.2022-ci il tarixində, saat 15:03-də Səbail rayonu, Neftçilər prospektində HYUNDAİ 1X35 MİNİK markalı, 90SS889 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Asan ödəniş sistemindən çıxarışdan görünür ki, X9 3 bal tətbiq olunmaqla 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin X7 ünvanlanmış məktubundan görünür ki, onun Yol-patrul xidməti əməkdaşı tərəfindən saxlanılaraq barənizdə qanunsuz X11 protokol tərtib edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin rəhbərliyinə ünvanladığı müraciət araşdırılmışdır. xx.xx.2022-ci il tarixdə "Hyundai" markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Neftçilər prospektində dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olarkən "X13" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin tələbini pozaraq hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək yolayrıcını keçmə qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə X11 protokol tərtib edilmişdir. Törətdiyi qayda pozuntusu yol sahəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilərkən təsdiqini tapmışdır. Araşdırma zamanı yol verdiyi inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. X4 1-ci maddəsi, 41-ci bəndinə əsasən yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir; İş materiallarında olan video diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, "Hyundai" markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Neftçilər prospektində dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olarkən hər hansı bir nəqliyyat vasitəsinin sürəti və ya istiqamətinin dəyişməsinə səbəb olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xətanın törədilməsində sürücü X5 təqsiri olmamışdır. Şikayətin məzmunundan və onun izahatından görünür ki, hər hansı bir nəqliyyat vasitəsinin sürəti və ya istiqamətinin dəyişməsinə səbəb olmamış, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, sürücü X9 tərəfindən hər hansı inzibati xətanın törədilməsi faktı müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X11 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X11 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X11 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X11 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən X11 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X11 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X5 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 328-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X11 iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X15 İdarəsinin 14 yanvar 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-174/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-174/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver