Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1740/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 nümayəndəsi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Vəkil Zeynalabdı oğlunun və Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 001100/01436 saylı, 21 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair X2 nümayəndəsi Vəkil Zeynalabdı oğlunun şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 nümayəndəsi Vəkil Zeynalabdı oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin 21 iyun 2023-cü il tarixli 001100/01436 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, BBGİ-nin rəis müavini, gömrük xidməti polkovniki X3 xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası, Qazax, X15 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi sahibkarlıq fəaliyyəti !ə məşğul olan (VÖEN: **********), ünvan 1i ünvanında qeydiyyatda olan X6 barəsində 07 iyun 2023-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 18400(on səkkiz min dörd yüz) manatın 45 (qırx beş) % həddində, yəni 8280 (səkkiz min iki yüz səksən) manat məbləğində inzibati cərimə tətbiq edib. Hesab edir ki, həmin qərar qanunsuz, əsassızdır və ləğv olunmalıdır. Qərarda müəyyən edilmiş hissədə göstərilib ki, 30 may 2023-cü il tarixdə Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X10 tərəfindən vəzifəli şəxs X6 barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət gədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00100-01397/23 nömrəli inzibati xəta haqgmda iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə hüquqi şəxs yaratmadan ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikası vətəndaşı X6 barəsində inzibati araşdırma başa çatdığından Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxs yaratmadan ********** nömrəli VÖEN əsasında sahibkarlığ fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikası vətəndaşı X6 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haggında protokol tərtib edilməsinə dair işə baxılması həmin məcəllənin 44-cü maddəsinə əsasən BBGİ-i səlahiyyətinə aiddir, X6 ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək hüquqi şəxs yaratmadan fərdi sahibkarlığ fəaliyyəti ilə məşğul olaraq malları fəaliyyət istiqamətinə uyğun Azərbaycan Respublikasına idxal etməklə belə səlahiyyətləri yerinə yetirmiş, buna görə Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin “Qeyd" hissəsinə əsasən vəzifəli şəxs hesab edilir, tərəfimdən işə əaxılmasmı istisna edən hallar mövcud deyildir, inzibati xəta haggında protokol və şin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafıg olarag tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyildir, işə mahiyyəti üzrə 'axılması üçün kifayət gədər sübutlar toplanılmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə vəzifəli şəxs X1 fəaliyyəti ilə əlaqədar Gürcüstan Respublikasında qeydiyyatda olan "xxxx" Şirkəti ilə bağlanmış müqavilə əsasında “Qara metaldan bərkidici metal konstruksiyalar” malın dəyəri sonradan ödənilmək şərti ilə 10822.26 (on min səkkiz yüz iyirmi iki dollar 26 sent) ABŞ dolları qiymətinə sataraq **********9296 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, Gömrük bəyannaməsinin 37-ci qrafasında malların “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Gürcüstan Respublikasında qeydiyyatda lan "xxxx" Şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdig edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsignasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) mügabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********9296 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 1 8400 (on səkkiz min dörd yüz) manat təşkil edən 10822.26 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici igtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Bakı Baş Gömrük İdarəsinin Gömrük əməliyyatları şöbəsindən daxil olmuş 34/012/012621 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən banklarla DGK arasında olan Forma 3.9.2.1 elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixində alınmış məlumata əsasən sonuncu xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən **********9296 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 10822.26 ABŞ dolları məbləğində vəsait hesabatda öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş **********9296 sorğu nömrəli Gömrük rəyannaməsinə əsasən X6 10822.26 ABŞ dollarında malları Azərbaycan Respublikasından Gürcüstan Respublikasında qeydiyyatda olan İZG LTD” Şirkətinə ixrac etmişdir. Təhlil olunan hadisədən göründüyü kimi X7 tərəfındən həyata keçirilən xarici iqtisadi fəaliyyət Bakı Baş Gömrük İdarəsində **********296 sorğu nömrəli Gömrük bəyannaməsi ilə aparılan rəsmiləşdirmə əsasında xx.xx.2017-ci il tarixdə aparılmışdır. Buna uyqun olaraq malların dəyəri müvafiq olaraq, ən geci xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi gaydada köçürülməli idi. Hüquq nəzəriyyəsinə görə, uzanan hüquq pozuntuları dedikdə, məsuliyyətə səbəb olan əməl bir akt ilə törədilərək bu əməlin qarşısının alınması və əməli törədən şəxsin qanunsuz hərəkətlərini dayandırması ilə başa çatdırılır. Uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta blanket dispozisiya tərkibli olmaqla, uzanan inzibati xətalara aiddir. Həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər və bu müddət uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Baş vermiş inzibati xəta hadisəsi faktı Gömrük əməliyyatları şöbəsinin 012/012621 nömrəli xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və bundan bir il müddət keçməmişdir. Toplanılmış materiallardan göründüyü kimi X7 apardığı xarici igtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının müvəkkilin hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək, geci müvafiq olaraq 30 aprel 2018-ci il tarixədək qaytarmalı, yəni qanunun tələbindən irəli gələrək bu müddəti ötürməməli olduğu halda buna dair normaların tələblərinə riayət etməmiş, inzibati araşdırma başlanana qədər ünvanlanmış «xəbərdarlıq və bildirişi almasına və inzibati araşdırma zamanı xarici iqtisadi fəaliyyəti nəticəsində əldə edilən vəsaitləri müvəkkil bank hesabına köçürməmişdir. Bununla, X7 təqsirli olaraq, barəsində protokol tərtib edilən idisə üzrə əməli törətməsi müəyyən edilir. X2 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi 34/012/012621 nömrəli xx.xx.2023-cü il tarixli raport, xəbərdarlıq-bildiriş məktubları, onların alınmasına dair təbəmamələr, çıxarış-hesabatlar, **********9296 sorğu nömrəli gömrük bəyannaməsi, müqavilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Bununla da, vəzifəli şəxs X7 tərəfindən AR İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetiriirilmişdir. Barəsində inzibati xəta hagqında protokol tərtib edilmiş X2 Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Barəsində inzibati xəta haggında protokol tərtib edilmiş vəzifəli şəxs X2 Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə inzibati xəta törətməsi aşkar edilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində əzərdə inzibati xətanın predmeti iyirmi min manatadək olan məbləğ olsa da, bu əmələ görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 208-ci maddəsində cinayətin subyekti vəzifəli və fiziki şəxslər deyil, təşkilat rəhbəri hesab olunur. Fərdi gaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə mövcud ranunvericiliyin tələblərinə görə təşkilat rəhbəri hesab edilmir. Həmin qərar əsassız və qanunsuzdu, belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarında dəyişikliklər edilməsi haqqında 10 fevral 2017-ci il tarixli Fərmanının 12.2-ci bəndinin tələbinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Fərmanın 12.3-cü bəndinə görə Fərmanın 12.2-ci bəndinin icrasına Dövlət Gömrük Komitəsi nəzarət edir. Prortokoldan və qərardan işə təqdim edilmiş sənədlərdən göründüyü kimi Prezidentin Fərmanında göstərilən 180 günlük müddət xx.xx.2018-ci ildə başa çatmışdır. İXM-nin 38-ci maddəsinə əsasən gömrük sahəsində inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd olunan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2019-cu ildə başa çatıb. Hazırkı inzibati xəta uzanan inzibati xəta deyil. Maddi-qiymətli əmlak ölkədən xaricə bir bəyannamə ilə göndərilib, 180 gün müddətində vəsaitin müvəkkil banka köçürülməsi təmin edilməyib. Məsuliyyətə cəlb etmə müdddəti 180-cı gündən sonrakı gün axmağa başlayıb, xx.xx.2019-cu il tarixdə başa çatıb. Qərarın surətini 04 avqust 2023-cü il tarixdə rəsmi almışdır. Yuxarıda göstörilənləri nəzərər alıb, məhkəmədən, Bakı Baş Gömrük İdarəsi tərəfindən 21 iyun 2023-cu il tarixli 001100/01436 nömrəli qərarını ləğv edib icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 nümayəndəsi Vəkil Zeynalabdı oğlu şikayəti müdafiə edərək, Bakı Baş Gömrük İdarəsinin 001100/01436 nömrəli, 21 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X8 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 21 iyun 2023-cü il tarixli 001100/01436 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 02 yanvar 1983-cü il tarixdə Azərbaycan Respublikası Qazax rayonu, X15 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 18400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəməyə göndərilmiş şikayətin materiallardan görünür ki, X2 əməlindəki inzibati xətanın törədilməsi faktı olduğu halda xx.xx.2019-cu il tarixdən hesab edilməli idi, həmin tarixdən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək isə 01 (bir) ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 21 iyun 2023-cü il tarixli 001100/01436 saylı qərarı ləğv olunmalı, X7 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2-ci, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 21 iyun 2023-cü il tarixli 001100/01436 saylı qərarı ləğv olunsun, X7 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1740/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1740/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver