Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1741/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023ci. tarixli, TP ******* saylı Qərardan görünür ki, həmin Qərar xx.xx.2023-cü il tarixli. İXP5609487 saylı inzibati xəta haqqında Protokola əsasən tərtib edilmişdir. İş materialında olan inzibati xəta haqqında protokoldan isə görünür ki, inzibati xətanın baş verməsini təstiq edən hər hansı sübut (İXM maddə 76) protokola əlavə edilməmiş, xətanın baş verməsi təsdiq edəcək hər hansı şahidin və (və ya) hal şahidinin (İXM maddə 67, 69) imzası mövcud deyil. Eyni zamanda protokolda cavabdehin imzasının olmaması və (və ya cavabdehin protokolu imzalamaqdan imtina etməsi (İXM maddə 100.4) və protokolun cavabdehin ünvanına göndəriləcəyi barədə qeyd yoxdur. Bu hallar özülüyündə sübut edir ki, həmin protokol cavabdehin iştirakı olmadan tərtib edilmiş, cavabdehin protokolda izahat qeyd etmək, sübutlar təqdim etmək və s. hüquqları bilərəkdən məhdudlaşdırılmışdır. Belə ki, BBPİ-nin DYPİ də DYP əməkdaşının qanunsuz hərəkətlərindən şikayəti olmuşdur. Hesab edir ki, həmiş şikayətinə baxılması zaman, idarənin inzibati binasında (inzibati xəta baş verən (belə xəta var idisə) yerdə deyil) tərtib edilmişdir İXP5609487 saylı inzibati xəta haqqında Protokol və həmin protokola ilə əlaqədar işə baxan vəzifəli şəxs iştirakı, sübutlar təqdim etmək, izahat vermək hüquqları məhdudlaşdırılmaqla inzibati xəta haqqında Qərar qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq qanunsuz və inzibati prosesual qayda pozuntuları ilə tərtib edilmiş protokol əsasında, sübut və dəlillər olmadığı halda, hüquq və azadlığı məhdudlaşdırılmaqla barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayəti müdafiə edərək bildirdi ki, barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokol xx.xx.2023-cü il tarixdə ünvanına çatdırılmışdır. Protokol bir səhifədən ibarətdir və Protokola inzibati xətanın olmasını (baş verməsini) təsdiq edən səndlər, sübutlar əlavə edilməmiş, Protokolun özündə də hər hansı sübutların olması və ya inzibati xəta hadisəsinin şahidlərin olması barədə qeydiyyat aparılmamışdır. Həmin Protokol iştirakı olmadan tərtib edilib, belə ki, protokolda imzası yoxdur, tanış olmaqdan və ya protokolu qəbul etməkdəm imtinası barədədə qeydiyya yoxdur. Ona məxsus Mobil telefon nömrəsinə gələn SMS-dən isə görünür ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, İXP ******* saylı protokol ilə əlaqədar - iştirakı təmin edilmədən, hüquq və vəzifələri ona izah edilmədən, şikayət vermək, eləcə də əlavə sənəd və sübutlar təqdim ertmək hüquqları məhdudlaşdırılmaqla barəsində qərar qəbul edilmiş və İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar düzgün tərtib olunmamışdır. Odur ki, 22 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib işə xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 22 iyul 2023-cü il tarixdə, saat 10:54-də Bakı şəhəri, Salyan şossesi, dalan 4 ünvanında Toyota Land-Cruiser-Prado minik markalı ** HN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar qərarda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması, eləcə də inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, inzibati orqan isə xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması, mövcud ziddiyyətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22 avqust 2023-cü il tarixli, TP ******* saylıinzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 22 avqust 2023-cü il tarixli, TP ******* saylıinzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1741/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1741/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver