Məhkəmə qərarları › İş №3(009)-1741/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1741/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1741/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “ X4 Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsindən daxil olmuş 3-33- 3100/012/017045 nömrəli raporta əsasən, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********0604, 22.11,2023-cü il tarixli **********1972 və xx.xx.2023-cü il tarixli, **********9065 sorğu nömrəli gömrük bəvannmələri əsasında invovs dəyəri 3764.90 ABS dolları olan “nar” yükün ixrac gömrük proseduru altında HNBGİ-də rəsmiləşdirilmişdir, lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”nın 12.2-ci bəndinə əsasən konsiqnasiva yolu ilə ixrac edilən malların (islərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumat təqdim edilməmişdir. Bu barədə Şəxs MMC-yə 3-33-3100/2- 002858/2024 nömrəli, xx.xx.2024 tarixli məktub ünvanlanmasına baxmayaraq, hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mala dair təqdim olunan xx.xx.2023-cü il tarixli **********0604 22.11,2023-cü il tarixli **********1972 və xx.xx.2023-cü il tarixli **********9065 sorğu nömrəli gömrük bəyannamələrinin 20-ci qrafasının ücüncü varımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002”- akkreditiv acılması yolu ilə qeyd olunmuşdur. Belə ki, Şəxs MMC tərəfindən, Kanadada yerləşən “RED CROW\ VENTURES LTD” adlı idxalatcının ünvanına konsignasiva yolu ilə “NAR” ixrac edilmişdir. Lakin Şəxs MMC tərəfindən konsiqnasiva yolu ilə ixrac etdikləri malın müqabilində 3764.91 ABS dolları məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində yəni xx.xx.2024cü il tarixədək Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, 3764.90 ABŞ dolları dolları məbləğində xarici valyuta Vəsaitləri xaricdən qaytarılmamışdır. Araşdırma ilə əlaqədar olaraq Şəxs MMC-yə 3-33-3100/2-002858/2024 nömrəli, xx.xx.2024 tarixli məktub ünvanlanmasına baxmayaraq cəmiyyətdən X4 Gömrük İdarəsinə gələn olmamışdır. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiva əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X4 Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, **********0604, 22.11,2023-cü il tarixli **********1972 və xx.xx.2023-cü il tarixli, **********9065 nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 3764.90 ABŞ dolları təşkil edir. Qaytarılmamış xarici valyuta vəsaitlərinin 3764.90 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi gün, yəni xx.xx.2023, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixinə olan dolların rəsmi məzənnəsinə (1 ABŞ dolları = 1,701 uyqun olaraq dəyən 6400.33 manat təskil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 protokolda qeyd edilənlər əsassız olduğundan, onların təqsiri üzündən baş vermədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndə məhkəmə iclasına gəlməmiş. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiva əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X4 Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, **********0604, xx.xx.2023-cü il tarixli **********1972 və xx.xx.2023-cü il tarixli.**********9065 nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 3764.90 ABŞ dolları təşkil edir. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, xx.xx.2023-cü il tarixli **********0604, xx.xx.2023-cü il tarixli **********1972 və xx.xx.2023-cü il tarixli., **********9065 sorğu nömrəli gömrük bəyannamələrinin 20-ci qrafasının ücüncü varımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002”- akkreditiv acılması yolu ilə qeyd olunmuşdur. Belə ki. Şəxs MMC tərəfindən, Kanadada yerləşən “RED CROW\ VENTURES LTD” adlı idxalatcının ünvanına konsignasiva yolu ilə “NAR” ixrac edilmişdir. Lakin "xxxx" MMC tərəfindən konsiqnasiva yolu ilə ixrac etdikləri malın müqabilində 3764.91 ABS dolları məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində yəni xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, 3764.90 ABŞ dolları dolları məbləğində xarici valyuta Vəsaitləri xaricdən qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən bəyan olunan gömrük bəyannamələri üzrə köçürülməmiş vəsait ümumilikdə 3764.90 (üç min yeddi yüz altmış dörd, doxsan) ABŞ dolları dəyərindədir. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin xidmətlərin müqabilində vəsaitlərin bəyan olnuduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qadaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 3764.90 (üç min yeddi yüz altmış dörd, doxsan) ABŞ dolları məbləğinin 30 (otuz) faizi həddində, yəni 1129.47 (bir min yüz iyirmi doqquz, qırx yeddi) ABŞ dolları məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar