Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1743/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Nümayəndə3, Şəxs MMC-nin nümayəndəsi nümayəndəsi Mahmut Hazıroğlunun iştiraklaı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 21 avqust 2023-cü il tarixli 00100-02023/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “DÜNYA GÖZ AZƏRBAYCAN" MMC (VÖEN:**********) ilə Türkiyədə fəaliyyət göstərən “X2 Sanayi ve Ticaret A.Ş.” şirkəti arasında bağlanılmış müqaviləyə uyğun olaraq **********1692 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3500 türk lirəsi dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində Konsiqnasiya əməliyyatları üzrə hesabat’’-a dair çıxarışa əsasən ABŞ valyutasına nisbətdə 828.47 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. “DÜNYA GÖZ AZƏRBAYCAN'' MMC (VÖEN: **********) tərəfindən bağlanan müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 1408.40 (min dörd yüz səkkiz manat qırx qəpik) AZN - 828.47 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Nümayəndə3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Mahmut Hazıroğlu protokola etiraz edərək bildirdi ki, Şəxs MMC-nin təsisçisi Türkiyə Cümhuriyyətinin qanunvericiliyinə uyğun təsis edilmiş X2 Sanayi ve Ticaret Anonim Şirkətidir. Şəxs MMC-nin nizamnaməsinin 6.4.2-ci maddəsinin tələblərinə əsasən Təsisçi Şəxs MMC-yə aid bütün tibbi və texniki personalın formalaşdırlması, bütün tibbi idarənin və prosedurların müəyyən edilməsi, satınalma, marketinq, maliyyə/mühasibat, insan resursları kimi bütün sahələr üzrə işlərin sisteminin qurulması, proqram təminatının, qayda və təlimatların, prosedurların hazırlanmasından məsul və səlahiyyətlidir. Keyfiyyətə nəzarətin təmin edilməsi üçün Cəmiyyətin idarə və ona idarəçilik mənasında nəzarət edilməsi də bilavasitə təsisçiyə aiddir. Keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədi ilə Şəxs MMC tərəfindən xəstəxanada istifadə edilən avadanlıqların əksəriyyəti təsisçi tərəfindən aparıcı dünya istehsalçılarının istehsal etdiyi avadanlıqlar Şəxs MMC-yə göndərilir. Belə avadanlıqlarda yaranan bütün qüsurlar təsisçinin dəstəyi ilə təmir edilir və ya yenisi ilə əvəz edilir. xx.xx.2018-ci il tarixində Şəxs MMC-də istifadə edilən qüsurlu optik lazer başlığı Türkiyə Cümhuriyyətinə təmir edilməsi məqsədilə göndərilmiş və sonradan həmin avadanlıq təmir edildikdən sonra yenidən Şəxs MMC-yə geri qaytarılmışdır. Qeyd edilən avadanlığın göndərilməsi zamanı yükün gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təqdim edilən **********1692 nömrəli yük gömrük bəyannaməsinin yazılması zamanı yanlışlıqla kod düzgün qeyd edilməmiş və nəticədə Şəxs MMC üçün əsassız artıq gömrük borcu öhdəliyi yaranmışdır. Şirkətin düşdüyü əlverişsiz şəraitin aradan qaldırılması məqsədilə AR Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində əldə edilmiş razılıq üzrə yükün dəyəri qismində 3500 TL vəsaitin Şəxs MMC-nin bank hesabına köçürülməsi təmin edilmişdir. Bununla bağlı Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixində, **********1692 nömrəli yük gömrük bəyannaməsi və xx.xx.2018 tarixli 003 nömrəli hesab əsasında X2 Sanayi ve Ticaret Anonim Şirkətinə ixrac edilən 3.500 TL dəyərindəki yükə aid məbləğ xx.xx.2023-cü il tarixində Şəxs MMCnin Ziraat Bank Azərbaycan İçərişəhər Filialındakı AZ37TCZB******************** nömrəli hesabına mədaxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasına əsasən “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması” inzibati xəta tərkibi yaradır. Hazırki işdə YGB-də qeyd edilən vəsaitin Şəxs MMC-nin hesabına mədaxil olduğunu nəzərə alaraq, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi yaranmır. Yuxarıda qeyd edilənləri nəfərə alaraq, inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "xxxx" MMC-yə (VÖEN **********) bu barədə xəbərdarlıq (1400-012/0xxxx/008153 : xx.xx.2022 11:59:47) və bildiriş (1400-012/0xx-xx/008559: xx.xx.2022 09:46:38) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 828.47 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, AZ1003, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü tarixədək müddətdə rəsmiləşdirilən 1 gömrük bəyannaməsinə, Dövlət Gömrük Komitəsinin "X1 Sistemi” informasiya resursundan əldə edilmiş çıxarışlara baxış keçirilmiş, baxış nəticəsində müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC /ÖEN:**********) ilə Türkiyədə fəaliyyət göstərən “X2 Sanayi ve Ticaret A.Ş.” şirkəti arasında bağlanılmış müqaviləyə uyğun olaraq **********1692 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3500 türk lirəsi dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində Konsiqnasiya əməliyyatları üzrə hesabat”a dair çıxarışa əsasən ABŞ valyutasına nisbətdə 828.47 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada Köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Həmin tarixdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 828.47 ABŞ dolları milli valyutaya nisbətdə 1408.40 (min dörd yüz səkkiz manat qırx qəpik) AZN təşkil edir. İş materiallarına əlavə edilmiş Ziraat Bank Azərbaycan ASC-nin məktubundan görünür ki, Dünya Göz Azərbaycan MMC (VÖEN: **********) tərəfindən xx.xx.2018-ci il tarixində **********1692 nömrəli yük gömrük bəyannaməsi və xx.xx.2018-ci il tarixli 003 nömrəli invoys ilə Türkiyə X2 San. Ve Tie. A.Şt-yə ixrac edilən 3.500 TL dəyərindəki yükə aid məbləğ xx.xx.2023-cü il tarixində Dünya Göz Azərbaycan MMC şirkətinə aid Ziraat Bank Azərbaycan İçərişəhər Filialındakı AZ37TCZB**********0010900 102 nömrəli hesaba daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən hazırki iş üzrə inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, "Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz..." "Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir." Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta hadisəsi mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (21 avqust 2023-cü il tarixli 00100-02023/23 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1743/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1743/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver