Məhkəmə qərarları › İş №3(009)-1743/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1743/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1743/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında qərarlarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin AYN 0240627; xx.xx.2024-cü il tarixli, EQ 21114161;xx.xx.2024-cü il, EQ 21114426; xx.xx.2024-cü il, EQ 21221508, xx.xx.2024-cü il, EQ 20227805 xx.xx.2024-cü il EQ 20240711; xx.xx.2024-cü il, EQ 21219538; xx.xx.2024cü il EQ 21079011; xx.xx.2024-cü il EQ 21079034; xx.xx.2024-cü il, EQ 21078599; xx.xx.2024-cü il, EQ 20943869; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20672530; xx.xx.2024-cü il, EQ 20759627; xx.xx.2024-cü il, EQ 20566294; xx.xx.2024-cü il, EQ 20414969; xx.xx.2024-cü il, EQ 20454072; xx.xx.2024-cü il, EQ 20252931; xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırırlmışdır ki, 01 mart 2023-cü il tarixdə idarə etdiyi VOLVO S80 minik markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri,DYPİnin əməkdaşları saxlayaraq bildirmişlər ki, avtomobilin ödənilməmiş qüvvədə olan cərimələri var. Bu məsələnin aydınlaşdırılması üçün Bakı şəhəri BPİ X5 İdarəsində oldu barəsində çıxarılmış tənbeh vermə haqqında qərarların surətinin əldə etdi. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3, 399.1-1, 328.1, 346.1, 328.2 məddələrinə əsasən müxtəlif vaxtlarda qəbul edilmiş 18 ədəd inzibati tənbeh tətbiq etmə haqqında elektron Qərar ləğv edilməli barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Birinci hal ondan ibarət olmuşdur ki, xüsusi texniki vasitə ilə aşkar edilmiş pozuntular barədə ona məlumat verilməmişdir. Göründüyü kimi onun tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1, 346.1, 328.2, 327.1, 327.2 məddələrinə əsasən müxtəlif vaxtlarda qəbul edilmiş 18 ədəd inzibati tənbeh tətbiq etmə haqqında elektron Qərarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmişdir. Belə olan halda, hesab edir ki, əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qaunvericiliyindən nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İkinci hal ondan ibarət olmuşdur ki, barəsində qəbul edilmiş tənbeh tətbiq etmə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılması qaydası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrində təsbit edilmişdir. Qəbul edilmiş qərarın nəticə hissəsi yəni qərar alınır AR İXM-nin 328.1, 346.1, 328.2, 327.1, 327.2-ci maddələri təsbit edilmiş halbuki orada AR İXM-nin 114.1.1-ci maddəsinə əsasən qərar qəbul edilməli idi. Digər tərəfdən AR İXM-nin 115-ci maddəsinin tələblərinə tam olaraq riayət edilməmişdir yəni işin müəyyən edilmiş halları qərardan öz əksinin tapmamışdır. Beləlikə də, hesab edir ki, sadalanan qanunun normalarına əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3, 399.1-1, 328.1, 346.1, 328.2, 246. 3,399.1-1, 328.1, 346.1, 328.2-ci maddələrinə əsasən müxtəlif vaxtlarda qəbul edilmiş 18 ədəd inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar ləğv edilməli barəsində başlanmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin və xəta şikayət vermiş şəxsin və barəsində inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin AYN 0240627; xx.xx.2024-cü il tarixli, EQ 21114161;xx.xx.2024cü il, EQ 21114426; xx.xx.2024-cü il, EQ 21221508, xx.xx.2024-cü il, EQ 20227805 xx.xx.2024-cü il EQ 20240711; xx.xx.2024-cü il, EQ 21219538; xx.xx.2024-cü il EQ 21079011; xx.xx.2024-cü il EQ 21079034; xx.xx.2024-cü il, EQ 21078599; xx.xx.2024-cü il, EQ 20943869; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20672530; xx.xx.2024-cü il, EQ 20759627; xx.xx.2024-cü il, EQ 20566294; xx.xx.2024-cü il, EQ 20414969; xx.xx.2024-cü il, EQ 20454072; xx.xx.2024-cü il, EQ 20252931; xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarlardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 1743.1-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 1743.2-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə görə, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1743.1-ci, 1743.2-ci, 339.1-1-ci, 346.1-ci, 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin AYN 0240627; xx.xx.2024-cü il tarixli, EQ 21114161;xx.xx.2024-cü il, EQ 21114426; xx.xx.2024-cü il, EQ 21221508, xx.xx.2024-cü il, EQ 20227805 xx.xx.2024cü il EQ 20240711; xx.xx.2024-cü il, EQ 21219538; xx.xx.2024-cü il EQ 21079011; xx.xx.2024-cü il EQ 21079034; xx.xx.2024-cü il, EQ 21078599; xx.xx.2024-cü il, EQ 20943869; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20672530; xx.xx.2024-cü il, EQ 20759627; xx.xx.2024-cü il, EQ 20566294; xx.xx.2024-cü il, EQ 20414969; xx.xx.2024-cü il, EQ 20454072; xx.xx.2024-cü il, EQ 20252931; xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarları ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati tənbeh tətbiq etmə haqqında qərarlardan verdiyi şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin AYN 0240627; xx.xx.2024-cü il tarixli, EQ 21114161;xx.xx.2024-cü il, EQ 21114426; xx.xx.2024-cü il, EQ 21221508, xx.xx.2024-cü il, EQ 20227805 xx.xx.2024-cü il EQ 20240711; xx.xx.2024-cü il, EQ 21219538; xx.xx.2024-cü il EQ 21079011; xx.xx.2024-cü il EQ 21079034; xx.xx.2024cü il, EQ 21078599; xx.xx.2024-cü il, EQ 20943869; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20957183; xx.xx.2024-cü il, EQ 20672530; xx.xx.2024-cü il, EQ 20759627; xx.xx.2024-cü il, EQ 20566294; xx.xx.2024-cü il, EQ 20414969; xx.xx.2024-cü il, EQ 20454072; xx.xx.2024-cü il, EQ 20252931; xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarları ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar