Məhkəmə qərarları › İş №3(009)-1745/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1745/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1745/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 yol patrul xidməti inspektoru Əsədov Elşən ƏliHeydər oğlunun iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 332.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 332.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, özünü qismən təqsirli bilir, yol hərələt qaydasını pozmaqda təqsiri olsa da onun sürcülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamış və ümumiyyətlə bu barədə ona heç bir məlumat verilməmişdir. O, Səbail RPİ-nin inzibati binasında qeydiyyatda olduğundan məhkəmə qərarını əldə etmək imkanı olmamışdır. Əks halda heç bir halda nəqliyyat vasitəsini idarə etməzdi. Ona görə də özünü təqsirli bilməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru Əsədov Elşən ƏliHeydər oğlu bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs sürücülük hüququnun məhdudlaşdırıması barədə məhkəmə qərarı olsa da, o, nəqliyyatı vasitəsini idarə etmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il-ci il tarixli, 3(009)- 1745/2020 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə həmin xətaya görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 göndərilməlidir. Yuxarıda göstərilənlər əəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün iş materialları Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 göndərilsin. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar