Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1747/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, Şəxs barəsində Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-1\2018 saylı, 06.09.2018-ci il tarixli icra sənədi üzrə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* saylı Protokol onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-1\2018 nömrəli, 06.09.2018-ci il tarixli İcra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada cəmi 20526.92 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Lizinq Şirkəti” QSC-nin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti borclular Şəxs və X1 çüştərək qaydada alınaraq dövlət büdcəsinə (hesab: adı Dövlət Xəzinadarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SHİFT BİK CTREAZ22, X4 VÖEN **********, hesab AZ34CTRE**********0********) köçürülməlidir. Nəsimi rayon İcra və probasiya şöbəsindən 17.01.2020-ci il tarixdə ərazi aidiyyəti üzrə icra edilməsi üçün Səbail rayon İcra şöbəsinin icraatına daxil olmuşdur və bununla bağlı bildiriş məktubu borclunun faktiki yaşadığı ünvaına göndərilmişdir, eyni zamanda 10.03.2020-ci il tarixdə borclu Şəxs şöbədə olarkən icra məmurunun icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası ilə bağlı bildirişi ona təqdim edilmişdir. Ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. İcra sənədinin icrasını təmin etmək üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün banklara və aidiyyati təşkilatlara sorğu ilə müraciət edilmişdir, lakin alınmış cavablardan borcluya məxsus bank hesablarının o cümlədən tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Sonrakı müddət ərzində borclunun istifadəsində olan (055 253 10 10) mobil nömrə ilə dəfələrlə əlaqə saxlanılsa da, o, isə hər dəfə müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından yayınmışdır. Yayındığını nəzərə alaraq, borclunun ünvanına xəbərdarlıq məktubları, o cümlədən şöbəyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilərək borclunun faktiki yaşayış ünvanına göndərilmişdir. Borclu 31.08.2021-ci il tarixdə şöbədə olarkən verdiyi izahatında 2 aya yaxın işə düzəldiyini, borc məbləğindən bugünədək 1300 manat ödəniş etdiyini, hal-hazırda 150 manat ödəməyə maddi imkanının çatdığı, qalıq borcunu yalnız hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bununla da borclu Şəxs Zəngilan Rayon Məhkəməsinin 2(034)- 1\2018 nömrəli, 06.09.2018-ci il tarixli icra sənədinin icrasını qərəzli şəkildə icra etməmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru X5, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs borc məbləğindən bugünədək 1300 manat ödəniş etdiyini, pandemiya bağlı iş yerlərinin bağlandığını, bu səbəbdən borcu ödəyə bilmədiyini, hazırda işə başladığını və hər ay borcundan 150 manat ödəməyə maddi imkanının çatdığı, borcunu hissə-hissə ödəyəcəyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilmədiyinə görə barəsində olan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53-ci və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1747/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1747/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver