Məhkəmə qərarları › İş №3(009)-1748/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1748/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1748/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsindən daxil daxil olmuş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* və xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və materiallar müəyyən edildi ki, eyni vaxtda məhkəməyə daxil olmuş işlər üzrə eyni əməlin törədilməsinə görə iki protokol tərtib edilmişdir. Ona görə də hesab edirəm ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Həmçinin iş № 3(009)–1748/2020 və 3(009)–1751/2020 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(009)– 1748/2020 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. 3(009)-1751/2020 saylı inzibati xəta haqqında işin materialları başqa işlə birləşdiyindən həmin iş üzrə icraata icraata xitam verilməlidir Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinə əsasən, QƏRARA ALDİM: 3(009)–1748/2020 və 3(009)–1751/2020 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)-1748/2020 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. İş başqa işə birləşdiyindən 3(009)-1751/2020 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar