Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1749/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tomayev Deputat Süleyman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X8, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 31.08.2021-ci il tarixdə, saat 17:30 radələrində X7 2-ci mərtəbəsində xidmətdə olduqları zaman bir nəfər şəxsin qızıl məmulatların baxarkən qızıl qolbağını oğurladığını görmüş, dərhal həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, həmin şəxs oğurladığı qızıl qolbağı udmuş, daha sonra həmin şəxs polis bölməsinə gətirilmişdir. Polis bölməsində həmin şəxsin X12 olması müəyyən olunmuşdur. Daxil olmuş məlumat əsasında təhqiqat araşdırılması aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X1 məxsus 250 dəyərində qızıl bilərziyi gizli olaraq talamış X9 əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Səbail RPİ-nin 9-cu PBnin sahə inspektoru, polis leytenantı X13 tərəfindən MN seriyalı, ******* nömrəli, 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirka etmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X13 inzibati xəta haqqında protokolda və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati xətanı törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31.08.2021-ci il tarixdə, saat təxminən 17:30 radələrində mən Bakı şəhəri, Səbail rayonunda yerləşən “MUM” ticarət mərkəzinə daxil olmuş və orada bir müddət gəzişdikdən sonra oradakı dəzgahlardan birinə yaxınlaşmışdır. Satıcıdan mənə bir neçə qızıl bilərzik göstərməsini xahiş etmişdir. Satıcı bir neçə qızıl bilərziyi onun qarşısına qoymuşdur. Bu zaman onun başı digər xanım müştərilərə qarışmışdı.O, bu zaman satıcının başının qarışmasından istifadə edərək bilərzikdən birini götürmüş və oradan uzaqlaşmağa başlamışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşmış,o isə qorxduğu üçün dərhal bilərziyi udmuşdur. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Belə ki, Şəxs protokolda qeyd edilən əməli törətdiyini səmimi etiraf edir və əməlindən peşmandır.Eyni zamanda bildirmişdir ki, himayəsində azyaşlı uşağı vardır. Odur ki, qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* nömrəli, 01 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31.08.2021-ci il tarixdə Səbail rayonunda yerləşən Mərkəzi Univermaqda 250 manat dəyərində qızıl qolbağı oğurlamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 sentyabr 2021-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yaşayan X6 ərizə ilə müraciət edərək bildirmişdir ki, 31.08.2021-ci il tarixdə işlədiyi Bakı şəhəri, Səbail rayonunda yerləşən “MUM” ticarət mərkəzinin ikinci mərtəbəsində özünə məxsus qızıl-zinət əşyaları olan dəzgahdan adını sonradan X5 bildiyi şəxs dəyəri 250 manat təşkil edən qızıl bilərziyi oğurlayaraq oradan uzaqlaşmışdır. X2 izahat verərək ərizəsində göstərdiyi xüsusatları təsdiqləmiş, özünə məxsus 250 dəyərində qızıl bilərziyin oğurlandığını bildirmişdir. Araşdırma zamanı X12 izahat verərək bildirmişdir ki, 31.08.2021-ci il tarixdə, saat təxminən 17:30 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən “MUM” ticarət mərkəzinə daxil olaraq orada bir müddət gəzişdikdən sonra dəzgahlardan birinə yaxınlaşmış, satıcıdan ona bir neçə qızıl bilərzik göstərməsini xahiş etmiş, satıcı bir neçə qızıl bilərziyi onun qarşısına qoymuş, bu zaman onun başı digər xanım müştərilərə qarışmış, Şəxs satıcının başının qarışmasından istifadə edərək bilərziklərdən birini götürərək oradan uzaqlaşmış, bu zaman polis əməkdaşı ona yaxınlaşdıqda o, bilərziyi udmuşdur. Təhqiqat araşdırması zamanı müəyyyən olunmuşdur ki, Şəxs vətəndaş X4 məxsus 250 dəyərində qızıl bilərziyi gizli olaraq talamışdır. Beləliklə toplanmış materialdan belə qənaətə gəlinmişdir ki, X1 məxsus 250 dəyərində qızıl bilərziyi gizli olaraq talamış X9 əməlində cinayət tərkibi aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xəta qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-cü fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbyacan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbyacan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona ictimai işlər növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab etmir. Bu qənaətini onunla əsaslandırır ki, Şəxs xırda məbləğdə zərər vurduğuna görə bunun qarşılığında cəmiyyətin xeyrinə haqqı ödənilmədən ictimai faydalı işlər yerinə yetirməlidir. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında AZA seriyalı, 014662 nömrəli protokoldan görünür ki, Şəxs 31 avqust 2021-ci il tarixdə saat 18:40-da inzibati qaydada tutulmuşdur. Azərbyacan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35-ci maddəsinə əsasən,məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №3(009)-1749/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1749/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver