Məhkəmə qərarları › İş №3(009)-175/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-175/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-175/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokol ona göra tərtib edilmiş və qərar qabul edilmişdir ki, Xatai rayonu, Gəncə prospekti, 67 ünvanında yerlaşan tikinti obyektində Azərbaycan Respublikasinın Prezidenti yanında Vatandaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət X1 Monitorinqin nəticələrinə göra “xxxx” MMC tərəafindan bir şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmasi ilə bağlı sənədlər onlar tərəfindən baxılmış, nəticədə “xxxx” MMC-nin vəzifəli şaxs kimi barasində Azarbaycan Respublikasi İnzibati Xatalar Məcəlləsinin 192.1-ci maddasi ilə xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş həmin qərar tamamilə əsassızdır. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mülkiyyətində müxtəlif texnikalar var və həmin texnikaları idarə və müəssisələrə icarəyə verir. Həmin texnikalardan birini də, X5 icarəyə vermək istəmişdir. Təxminən noyabr ayının ortaları Əli Səfərov ona zəng edərək onda qazma texnikasını icarəyə götürmək üçün əvvəlcədən razılaşmalarını bildirmiş, o, isə əvvəlcə texnika ilə tanış olmaq üçün mühərrikini işə salmış və texnikanın işlək olub-olmamasını yoxlamaq üçün baxış keçirmək istəmişdir. Həmin müddətdə əmək müfəttişlərini işçiləri oraya gələrək onu yoxlamış və barəsində həmin şəxsi rəsmi qaydada işə götürməməsi əsası ilə İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmişdir. Təkrar qeyd edir ki, texnika onun mülkiyyətindədir və o, xx xxxxxx 2020-ci il tarixdə həmin texnikanı icarə müqaviləsi əsasında “xxxx” MMC-yə icarəyə vermişdir. Həmin vaxt o, yalnız texnikanı icarəyə vermək məqsədi ilə yoxlamışlar, o, həmin vaxt heç kimi rəsmi qaydada işə götürməmişdir. Həmçinin göstərmişdir ki, o, yalnız texnikaya baxış keçirdikdən sonra onu işə qəbul etmişdir. Bundan əlavə Əmək Müfəttişliyi Xidməti tərəfindən ona xx xxxxxx 2020-ci il tarixdə bildiriş göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə həmin məsələyə baxılacağı ilə bağlı xəbərdarlıq edillərək dəvət edilmişdir. Lakin sözü gedən bildirişi o, xx.xx.2021-ci il tarixdə almışdır. Onun iştirakı olmadan işə baxılaraq qərar qəbul edilmişdir. Göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X7 şikayətə etiraz edərək göstərmişdir ki, “xxxx” MMC-nin direktoru X8 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması xx xxxxxx 2020-ci il tarixə, saat 10:30-a təyin edilmiş və bu barədə MMC-nin rəhbərinə bildiriş göndərilmişdir. Rəsmi qaydada məlumat verilməsinə baxmayaraq “xxxx” MMC-nin direktoru X8 qeyd edilən vaxtda Dövlət Əmək Müfəttişliyi Xidmətinə gəlməmiş, buna baxmayaraq barəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən tikinti obyektində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət X1 Monitorinqinin nəticələrinə görə “xxxx” MMC tərəfindən 1 şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı sənədlərə baxılmış və “xxxx” MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çingiz Səlimov şikayət versə də, dəfələrlə keçirilən məhkəmə iclaslarına gəlməmiş və şikayətini müdafiə etməmişdir. Hesab edir ki, həmin qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında xx.xx.2020-ci il tarixdə, saat 10:41-də X9 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə “xxxx” MMC-nin direktoru X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuş və o, 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən X6 ünvanlanmış xx.xx.2020ci il tarixli bildirişdən görünür ki, “xxxx” MMC-nin direktoru X6, barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması xx xxxxxx 2020-ci il tarixə, saat 10:30-a təyin edilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən X6 ünvanlanmış xx.xx.2020ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən tikinti obyektində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət X1 Monitorinqinin nəticələrinə görə “xxxx” MMC tərəfindən 1 şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı sənədlərə baxılmış və “xxxx” MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarın surəti X6 göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X8 (icarəyə verən) ilə X4 (icarəyə alan) arasında 1 ədəd SOİLMEC 312200 (Svay qazma maşını) hər ay 7500 manata icarə haqqı ödənilməklə icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verən texnikanı icarəyə alanın tələbindən sonra 1 gün içində təqdim etməli və təslim protokolu təşkil etməlidir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən texnika operatorla birlikdə icarəyə verilir və gündəlik 8 saatdan artıq istifadə oluna bilməz. Beləliklə, məhkəmə araşdıması zamanı müyyən edilmişdir ki, X8 (icarəyə verən) ilə X4 (icarəyə alan) arasında xx xxxxxx 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X8 texnikanı icarəyə alanın tələbindən sonra 1 gün içində təqdim etməli və texnika operatorla (sürücü) birlikdə icarəyə verilməsi öhdəliyi götürmüş və o, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək texnikanı operatorla birlikdə 1 gün sonra təhvil vermişdir. (Texnikanın icarəyə verilməsi şikayətdə öz təsdiqini tapmışdır). Belə olan halda inzibati xəta hadisəsinin icrarə müqaviləsi bağlandıqdan 9 gün sonra törədilməsi özü-özlüyündə onu deməyə əsas verir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında xx.xx.2020-ci il tarixdə, saat 10:41-də X9 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə, saat 10:41-də X9 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi tam sübuta yetirildiyindən, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin məhkəmə şikayətin inzibati orqan tərəfindən şikayətçinin iştirakı olmadan qərar qəbul edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən “xxxx” MMC-nin direktoru X8 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli protokola əsasən inzi bati xəta haqqında işə baxılması xx xxxxxx 2020-ci il tarixə, saat 10:30-a təyin edilmiş və bu barədə MMC-nin rəhbərinə bildiriş göndərilmişdir. Rəsmi qaydada məlumat verilməsinə baxmayaraq “xxxx” MMC-nin direktoru X8 qeyd edilən vaxtda Dövlət Əmək Müfəttişliyi Xidmətinə gəlməmiş, buna baxmayaraq barəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən tikinti obyektində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət X1 Monitorinqinin nəticələrinə görə “xxxx” MMC tərəfindən 1 şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı sənədlərə baxılmış və “xxxx” MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qeyd edilən qərarın surəti Çingiz Səlimova göndərilmişdir. Göründüyü kimi inzibati orqan öz üzərinə düşən bütün vəzifələri yerinə yetirərək araşdırmanın aparılması vaxtı və yeri barədə şikayətçiyə məlumat vermişdir. Şikayətçinin isə həmin araşdırmada iştirak etməməsi hər hansı bir qərarın qəbul edilməsinə mane olmur. Həmçinin məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırki şikayət xx.xx.2021ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi Çingiz Səlimova məhkəmə bildirişi göndərilməsinə baxmayaraq gəlməmişdir. Ona görə məhkəmə iclası şikayətçinin iştirakının təmin edilməsi üçün xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təxirə salınmış və eyni qaydada ona məhkəmə bildirişləri göndərilmişdir. Lakin o, məhkəmə bildirişlərini rəsmi qaydada almasına baxmayaraq təkrar məhkəmə iclaslarında iştirak etməmiş və ondan məhkəmə iclasının təxirə salınması ilə vəsatət daxil olmamışdır. Göründüyü kimi şikayətçi X3 məhkəmə iclaslarında iştirak edərək şikayətini müdafiə etməməsi, eləcə də barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın təkzib edilməsi ilə bağlı heç bir sübut təqdim etməməsi bir daha X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X3 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 192.1-ci maddəsində nəzərədə tutulmuşdur kiİşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X8 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar