Məhkəmə qərarları › İş №3(009)-1752/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1752/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1752/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin tərtib etdiyi 10000/0019 saylı, 12 yanvar 2022-ci il tarixli qərarından X1 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin tərtib etdiyi 10000/0019 saylı, 12 yanvar 2022-ci il tarixli qərardan X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən onun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin tərtib etdiyi 10000/0019 saylı, 12 yanvar 2022-ci il tarixli qərarından verilmiş şikayətin ona geri qaytarılmasına etiraz etmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin tərtib etdiyi 10000/0019 saylı, 12 yanvar 2022-ci il tarixli X1 qərardan şikayəti ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 10000/0019 saylı, 12 yanvar 2022-ci tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi, şikayət verilmə müddəti ötürülməklə verildiyindən, şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalı, X2 ötürülmüş müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 109-cu, 130.1 və 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin tərtib etdiyi 10000/0019 saylı, 12 yanvar 2022-ci il tarixli qərarından X1 şikayəti ona geri qaytarılsın. X2 ötürülmüş müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar