Məhkəmə qərarları › İş №3(009)-1754/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1754/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1754/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2274/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin “Gömrük prosedurları və ödənişlərin” şöbəsindən daxil olmuş 34/012/024024 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən "xxxx" MMC-nin (VÖEN: **********V ünvanına 34SL0391/27ALF848 nömrəl nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********6688 nömrəli GB ilə bəyan olunan məlumatlar ilə qısa idxal bəyannaməsində bəyan edilən məlumatlar arasında uyğunsuzluq aşkar edilmişdir. İs üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəvvən edilmişdir ki, “PROKTER & GEMBL AZƏRBAYCAN SERVİSLƏRİ" MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə 34SL0391/27ALF848 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük ücün təqdim edilmiş **********5313 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə qətirilməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə gömrük orqanına təqdim edilmişdir. Həmçinin **********6688 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 34SL0391/27ALF848 qeyd edilmişdir, lakin **********5313 sorğu nömrəli xx.xx.2022-ci il tarix qısa idxal bəyannaməsinin 21-ci qrafası nəqliyyat vasitəsinin nömrəsi 34BOM486/27ALF848 qeyd edilmişdir. Bununla da **********6688 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 18-ci qrafası ilə **********5313 sorğu nömrəli xx.xx.2022-ci il tarix qısa idxal bəyannaməsinin 21-ci qrafası arasında uyğunsuzluq yaranmışdır. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan rasdırma zamanı "xxxx" MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında "xxxx" MMCdə gömrük isləri üzrə mütəxəssis vəzifəsində çalışdığını, Şəxs MMC-nin ünvanına gələn yüklərə dair bəyannamələrin hazırlanması nömrəsiz 01 iyul 2022-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-və həvalə edildiyini, "xxxx" MMC-nin ünvanına 34SL0391/27ALF848 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarix saat 20:48 radələrində Qərb Ərazi Bas Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə “təmizlik və yuyucu vasitələri” yükünün daxil olduğunu, “Prokter & Gembl Azərbaycan Servisləri" MMC-nin ünvanına gələn “təmizlik və yuyucu vasitələri” yükünə dair xx.xx.2022-ci il tarixdə **********6688 sorğu nömrəli gömrük bəyannaməsinin tərtib edildiyini, həmin yüklər ölkə ərazisinə daxil olmamışdan qabaq xx.xx.2022-ci il tarix saat 15:53 iradələrində qısa idxal bəyannaməsinin gömrük orqanına rəsmiləşdirmək üçün göndərildiyini, Prokter & Gembl Azərbaycan Servisləri” MMC-nin ünvanına gətirilən yükləri daşıyan nəqliyyat şirkəti tərəfindən Rusiya Federasiyasında nəqliyyat vasitəsini tez-tez dəyişdiyini və bu dəyişilmə barədə nəqliyyat şirkətinin Şəxs MMC-və məlumat verdiyini, Prokter & Gembl Azərbaycan Servisləri” MMC də öz növbəsində nəqliyyat vasitəsinin dəyişilməsi barədə "xxxx" MMC-və məlumat verdiyini və həmin məlumat əsasında mallar gömrük ərazisinə daxil olmamışdan qabaq qısa idxal bəyannaməsinin köhnəsi yenisi ilə əvəz olunaraq yenidən yazıldığını, lakin bu iş üzrə yalnız nəqliyyat vasitəsinin dartıcısının dəyişilməsi barədə nəqliyyat şirkəti tərəfindən Şəxs MMC-və məlumat vermədiyini, ona görə də qısa idxal bəyannaməsinin yenidən yazılmadığını və uyğunsuzluq yarandığını, Şəxs MMC-nin rəhbərliyinin bu barədə xəbəri olduğunu və şirkət olaraq Gömrük qaydalarının pozulduğunu etiraf etdiyini və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduqlarını bildirmişdir. Belə ki, Bakı Bas Gömrük İdarəsinin “Gömrük prosedurları və ödənişlərin” şöbəsindən daxil olmuş 34/012/024024 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və va gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Nəticədə, "PROKTER & GEMBL AZƏRBAYCAN SERVİSLƏRİ” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına 34SL0391/27ALF848 nömrəli nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********6688 nömrəli GB ilə bəyan olunan məlumatlar ilə qısa idxal bəyannaməsində bəyan edilən məlumatlar arasında uyğunsuzluq aşkar olunduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyət hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkibi var və onun 250 (iki yüz əlli) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar