Məhkəmə qərarları › İş №3(009)-1755/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1755/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1755/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2271/22 saylı, 25 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından Şəxs MMC-nin adına 55JJ287/55NP877 nömrəli yük nəqliyyat (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti) vasitəsində ******* nömrəli xx.xx.2022-ci il tarixli inyovs üzrə idxal edilmiş və Bakı Baş Gömrük idarəsində **********9745 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 15 oktyabr 2022-ci il tarixdə “Meyvəli Bazarı” adlanan ünvanda baxış keçirilən zaman gömrük bəyannaməsinin 1-ci mal mövqeyində netto çəkisi 14925,00 kq kimi bəyan edilmiş təzə limon yükünün netto çəkisinin 11117,00 kq olduğu, yəni 3808,00 kq az olduğu, həmçinin, nəqliyyat vasitəsində gömrük bəyannaməsində qeyd edilməyən netto çəkisi 3423,00 kq olan bibər yükünün olduğu aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 xx.xx.2022-ci il tarixdə izahatı alınmış, o, Türkiyə Respublikasının “X4 Nak. Turz. ith. İhr. San. Ve Tic. LTD” şirkətindən ******* nömrəli xx.xx.2022-ci il tarixli invovs üzrə “təzə iimon, təzə avokado və təzə qreyfrut” yüklərinin alındığını və həmin malların dəyərinin 14665,00 ABŞ dolları olmaqla əvvəlcədən ödənildiyini, qeyd edilən yüklər Azərbaycan Respublikasına gəldikdən sonra **********9745 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan etdiklərini və bəyan edilmiş mallara görə yaranmış ümumlikdə 10065,93 azn gömrük ödənişlərinin tam məbləğdə ödənildiyini, bəyan ediləndən 3808,00 kq az aşkar edilmiş təzə limon yükünün gömrük ödənişinin aşkar edilən 3423,00 kq bibər yükünün gömrük ödənişindən daha çox olduğunu, yəni, aşkar edilən uyğunsuzluqda Şəxs MMC-nin marağının olmadığını bildirmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən **********9745 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə netto çəkisi 14925,00 kq kimi bəyan edilmiş təzə mon yükünün netto çəkisinin 11117,00 kq olduğu, yəni 3808,00 kq az olduğu, həmçinin, nəqliyyat vasitəsində gömrük bəyannaməsində qeyd edilməyən netto çəkisi 3423,00 kq olan bibər yükünün olduğu nəzərə alınaraq qeyd olunan halın “AZVİTAMİN" MMC tərəfindən ödənilməli gömrük sdənislərinin məbləğinə təsir edibetmədiyi barədə Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/024837 nömrəli xx.xx.2022-ci il tarixli raportla Xocasən gömrük postuna sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq daxil olmuş 34/025/025061 nömrəli xx.xx.2022ci il tarixli raporta əsasən aşkar edilmiş netto çəkisi 3423,00 kq olan bibər yükünün sövdələşmə qiyməti olmadığına görə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.2-ci maddəsinə görə eyni malların sövdələşmə qiymətinə əsasən ümumilikdə 1454,20 azn gömrük ödənişlərinin ödənilməli olduğu və nəqliyyat vasitəsindən aşkar edilməyən 3808,00 kq limon yükünə görə Şəxs MMC tərəfindən ödənilmiş gömrük ödənişlərinin aşkar edilmiş bibər yükünə görə nəzərdə tutulmuş ödənişlərdən daha çox olduğu müəyyən edilmişdir. Türkiyə Respublikasından Şəxs MMC-nin adına 55JJ287/55NP877 nömrəli yük nəqliyyat vasitəsində ******* nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və **********9745 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş limon yükünün netto çəkisinin bəyan ediləndən 3808,00 kq az və gömrük orqanına bəyan edilməyən netto çəkisi 3423,00 kq olan bibər yükünün aşkar edilməsi faktında qeyd olunan halın Şəxs MMC tərəfindən ödənilməli olan gömrük ödənişlərinin məbləğinə və gömrük ödənişlərinin məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etmədiyi nəzərə alınaraq MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinin tərkib əlamətləri olduğu aşkar edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Araşdırma nəticəsində, Türkiyə Respublikasından Şəxs MMC-nin adına 55JJ287/55NP877 nömrəli yük nəqliyyat vasitəsində ******* nömrəli 11 oktyabr 2022-ci il tarixli invoys üzrə idxal edilmiş və **********9745 sorğu nömrəli 14 oktyabr 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş limon yükünün netto çəkisinin bəyan ediləndən 3808,00 kq az və gömrük orqanına bəyan edilməyən netto çəkisi 3423,00 kq olan bibər yükünün aşkar edilməsi faktında qeyd olunan halın Şəxs MMC tərəfindən ödənilməli olan gömrük ödənişlərinin məbləğinə və gömrük ödənişlərinin məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tərkibi var və onun 1000 (min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar