Məhkəmə qərarları › İş №3(009)-1759/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1759/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1759/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxxxxxxxxxx” MMC onun mülkiyyətində (istifadəsində) olan “Mitsubishi L200 minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da X3 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protolu tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin əvvəlki adı Azərbaycan Respublikasının Alternativ və X5 Mənbələri üzrə Dövlət Agentliyi olmuşdur ki, həmin agentlikdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə ləğv edilmişdir. Sonradan, yəni xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “xxxxxxxxxxxxxxxxxx” MMC təsis edilmişdir. Göründüyü MMC barədə inzibati xəta haqqında protokol tərtib edilərkən həmin MMC-nin heç bir fəaliyyəti olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin “xxxxxxxxxxxxxxxxxx” MMC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Mitsubishi L200 minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 12:45-də Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 250 km-də sürücü müəyyən edilmiş surət həddini aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və X5 Mənbələri üzrə Dövlət Agentliyi (indiki “xxxxxxxxxxxxxxxxxx” MMC) ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi yanında X5 Mənbələri Dövlət Agentliyinin Əsasnaməsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” MMC xx xxxxxxxx 2020-ci il tarixdə yenidən təsis edilmiş və Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin əvvəlki adı Azərbaycan Respublikasının Alternativ və X5 Mənbələri üzrə Dövlət Agentliyi olmuşdur ki, həmin agentlikdə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə ləğv edilmişdir. Sonradan, yəni xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “xxxxxxxxxxxxxxxxxx” MMC təsis edilmişdir. Göründüyü kimi “xxxxxxxxxxxxxxxxxx” MMC (Azərbaycan Respublikasının Alternativ və X5 Mənbələri üzrə Dövlət Agentliyi) barəsində xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən onun heç bir fəaliyyəti olmamışdır. Başqa sözlə həmin vaxt sözü gedən Agentlik yuxarıda qeyd edilən Fərmanla ləğv olunmuşdur. Belə olan halda isə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməz. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə görünür ki, “xxxxxxxxxxxxxxxxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən ləğv prosesində olduğundan onun Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, “xxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar