Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-176/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4, X4 nümayəndəsi və vəkili X8, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə müvəkkili X2 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə ona məxsus avtobillə “xxxx” MMC-yə filial axtarmaq məqsədilə arvadı X5 ilə birlikdə Qusar şəhərinə getmişdir. Yol boyu qurulmuş postlarda sənədləri yoxlanılarkən icazə və ezamiyyə vərəqələrini təqdim etmiş və bununla bağlı hər hansı problem yaranmamışdır. Həmçinin xx xxxxxx 2020-ci il tarixdə geri qayıdarkən də yolda qurulmuş postlarda yoxlanış zamanı heç bir problem olmamış, qanun pozuntusu qeydə alınmamışdır. Bakı şəhərinə qayıtdıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-dən zəng edərək onu və arvadı N.Yahyayevanı bölməyə dəvət etmişlər. Bölmədə izahat alınarkən arvadı N.Yahyayeva bildirmişdir ki, Qusar şəhərinə getməyə icazəsi olmamışdır. Buna görə də, o, MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərarla İXM-nin 211.1-ci maddəsinə əsasən cərimə olunmuş, cərimə yerindəcə ödənilmişdir. Daha sonra PB-də onun da barəsində İXM-nin 211.1 -ci maddəsinə əsasən 4000 manat cərimə olunması barədə MN ******* saylı xx xxxxxx 2020-ci il tarixli protokol tərtib edilmişdir. Protokolla razı olmamağına və bu barədə protokolda qeyd aparmağına baxmayaraq, polis bölməsində icazə vərəqəsini təqdim etməsinə baxmayaraq, N.Yahyayevaya işçi kimi ezamiyyə vərəqəsinin yazılmamasını əsas gətirərək 41-ci PB-nin sahə inspektoru Z.Kərimov onu vəzifəli şəxs kimi cərimə etmiş, lakin qərarı ona təqdim etməmişdir. Qərar ona xx xxxxxx 2021-ci il tarixdə təqdim edilmişdir. Belə ki, məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə qərardan şikayət versə də, qərar olmadığından sənədləri geri qaytarılmışdır. Aşağıdakı əsaslara görə MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən 53.0.1. inzibati xəta hadisəsi olmadıqda və 53.0.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. O, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ümumiyyətlə törətməmiş və onun əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üçün onun icazə və ezamiyyə vərəqələri olmuşdur. Bundan əlavə o, PB-də polis əməkdaşına tərtib olunmuş protokolla razı olmadığını və bu barədə protokolda qeyd aparmağına baxmayaraq sahə inspektoru Z.Kərimov onun 4000 manat məbləğində cərimə olunduğunu bildirmişdir. Həmçinin İXM-nin 100.1 və 100.1.4 maddəsinə əsasən protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti qeyd edilməlidir. Lakin protokolda xətanın harada və nə vaxt törəldilməsi qeyd edilməmişdir. Protokolun mahiyyəti ilə bağlı isə sahə inspektoru qeyd etmişdir ki, E.Yahyayev N.Yahyayevaya ezamiyyə vərəqəsi tərtib etməmiş və buna görədə onu cərimə etmişdir. Halbu ki, N.Yahyayeva inzibati xətanı şəxsən törətdiyini etiraf etmiş, nəticədə cərimələnmiş və həmin cəriməni dərhal yerindəcə ödəmişdir. N.Yahyayevanın törətdiyi inzibati xətaya görə, həm də N.Yahyayevin təqsirli bilinməsi tamamilə qanunsuz və əsassızdır. Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru Z.Kərimov tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, Quba rayonunda, həyat yoldaşı Nərmin Yahyayeva isə Qusar rayonunda anadan olmuşdur. Hazırda isə o, “xxxx” MMC-nin direktoru vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində ona məxsus avtobillə direktoru olduğu “xxxx” MMC-yə filial axtarmaq məqsədilə X5 ilə birlikdə Quba rayonuna getmişdir. Saat 12-13 radələrində Qubaya çatmışdır. O Quba rayonunun Nüqədi kəndində filial üçün binaya baxmışdır, bina iki mərtəbəli olmuş, o isə binanın birinci mərtəbəsinə baxmışdır. Həmin obyektin sahibini tanımır, sadəcə adını sonra həmin gün hava yağışlı olduğundan Qusar rayonunda yerləşən “xxxx” istirahət kompleksinə yollanmışdır. Baxmayaraq ki, həyat yoldaşı ona məxsus MMC-də çalışır, sadəcə həmin gün ona icazə almağı məqsədə uyğun hesab etməmişdir. Özü ilə də yoldaşını Quba şəhərinə aparmaqda məqsəd həmin gün Bakı şəhərində hava yağmurlu və buludlu olduğu üçün, evdə tək qalmaması üçün aparmışdır. Yəni yoldaşı MMC-də yardımçı vəzifədə çalışdığı üçün sırf filiala baxış keçirilməsi ilə bağlı getməmişdir. Quba şəhərində filiala baxış keçirdikdən sonra, yoldaşı ilə birlikdə Qusar şəhərində olan “xxxx” istirahət kompleksinə yollanmışdır. Axşama doğru hava dumanlı olduğu üçün orada gecələmək qərarına gəlmişlər. Həmçinin göstərmişdir ki, onun icazəsi olub, yoldaşının icazəsi olmamasına görə həyat yoldaşı X10 RPİ-nin 41-ci polis bölməsinə dəvət edilərək 200 manat məbləğində cərimə edilmişdir. Ona inzibati xəta haqqında protokol tərtib edilərkən isə, onun ölkə ərazisində sərbəst hərəkət etməsinə icazəsinin olmasına baxmayaraq vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi onun həmin tarixlərdə ölkə ərazisində sərbəst hərəkət etməsinə icazəsi olmuş, buna baxmayaraq cərimə edilməsi qanunsuz və əsassızdır. Göstərdiklərini nəzərə alaraq Bakı şəhər Səbail RPİnin 41-ci PB-nin sahə inspektoru Z.Kərimov tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili X13 şikayəti müdafiə edib bildirmişdir ki, X9 və X5 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərindən Quba-Qusar istiqamətində yollanmışlar.Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə qayıtmışlar. xx xxxxxx 2020-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-dən Nərmin Yahyayevaya zəng gəlmiş və onu 41-ci Polis Bölməsinə dəvət etmişlər. Nərmin Yahyayeva da əri Elgin Yahyayevlə birlikdə bölməyə getmişdir. Bölmədə Nərmin Yahyayevadan izahat alınmış və Bakı şəhərini tərk etməyə icazəsi olmadığından Nərmin Yahyayeva İXM-nin 211.1-ci maddəsinə əsasən təqsirli bilinmiş və o 200 manat məbləğində cərimə olunmuşdur. Cərimə bölmədə ödənilmişdir. Daha sonra Elgin Yahyayevin də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, baxmayaraq ki, Elgin yahyayevin icazə sənədləri olmuşdur. Elgin Yahyayev də vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Onu da belə əsaslandırmışdır ki, Elgin Yahyayev “xxxx” MMC-nin rəhbəri kimi arvadı Nərmin Yahyayevanı postlardan keçirdib. Elgin Yahyayevin əməlində inzibati xəta tərkibi yoxdur. Şəxsin bir neçə işçisi ola bilər. Şəxslərin həm ölkədaxilində hərəkət üçün icazə vərəqəsi, həm də ezamiyyət vərəqəsi olub. Sənədləri təqdim etməyinə baxmayaraq X9 4000 manat məbləğində cərimə edilib. Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru Z.Kərimov tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru X7 şikayətə etiraz edərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə X4 həyat yoldaşı Nərmin Yahyayeva ilə Qusar rayonunun “xxxx” istirahət kompleksində istirahət etməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən idarəyə məktub daxil olmuşdur. Həmin məktubda təkcə Nərmin Yahyayeva deyil, digər şəxslərində adları qeyd edilmişdir. Məktubun icrası ilə bağlı Nərmin Yahyayeva Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-nə dəvət edilmiş və Nərmin Yahyayeva xx xxxxxx 2020-ci il tarixdə istirahət mərkəzində olduğunu etiraf etmişdir. Ona görə də, o, İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Hazırki işdə isə şikayətçi Quba rayonuna filiala baxış keçirmək məqsədi ilə, öz icazəsindən sui istifadə edərək, həyat yoldaşı ilə birlikdə Qusar rayonunda yerləşən “xxxx” istirahət kompleksinə istirahətə getmişlər. X12 qeyd etmişdir ki, şəxslər özlərinin qeyd etdikləri kimi Quba şəhərinə filiala baxış keçirmək məqsədi ilə getmiş olsaydılar, elə Quba şəhərində də kifayət qədər otellər mövcuddur ki, orada gecələmək olardı. Göründüyü kimi Elgin Yahyayev öz ezamiyyət icazəsindən istifadə edərək istirahətə getməsi sübuta yetirilmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, X9 “xxxx” MMC-nin direktoru vəzifəsində çalışır, onun həyat yoldaşı isə həmin MMC-də yardımçı vəzifədə (qəbul şöbəsində) çalışır. Ona görə də, Elgin Yahyayev vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Göstərdikləri nəzərə alaraq Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru Z.Kərimov tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarının qanuni və əsaslı olduğunu nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Elektron Hökümətin İnkişaf Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ezamiyyə vərəqəsindən görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Quba-Qusar-Şabran rayonları istiqamətində yeni filial üçün obyektə baxış keçirmək məqsədi ilə ezamiyyə verilmişdir. İşə əlavə edilmiş Elektron Hökümətin İnkişaf Mərkəzi tərəfindən verilmiş icazə vərəqəsindən görünür ki, “xxxx” MMC-nin direktoru X6 ölkə ərazisi üzrə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək ölkə ərazisində hərəkət etməsi üçün icazə verilmişdir. Həmçinin həmin icazə vərəqəsinin qeyd hissəsinə əsasən aktiv ezamiyyə vərəqəsi (hərəkət istiqaməti göstərilməklə) olmadığı təqidrdə ölkə ərazisi üzrə hərəkətinə icazə verilməmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 ezamiyyə vərəqəsi olmadan (icazəsiz) Qusar şəhərində yerləşən “xxxx” turizm mərkəzinə getdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin direktoru X9 işçisi (qəbulçu) X3 ezam vərəqəsi yazmadan) Qusar şəhərində yerləşən “xxxx” turizm mərkəzinə getdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, “xxxx” MMC-nin direktoru X9 xx xxxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində ona məxsus avtobillə direktoru olduğu “xxxx” MMC-yə filial axtarmaq məqsədilə həyat yoldaşı, eləcə də işçisi X5 ilə birlikdə Quba şəhərinə yollanmışlar. Baxmayaraq ki, həyat yoldaşı şikayətçiyə məxsus MMC-də çalışır, həmin gün ona ezamiyyə vərəqəsi yazılmamış, ümumiyyətlə Nərmin Yahyayevanın sərbəst hərəkət etməsi üçün heç bir icazəsi olmamışdır. Göründüyü kimi “xxxx” MMC-nin direktoru X4 həmin tarixdə məqsədi Quba şəhərinə gedərək yeni filial üçün obyektə baxmaq olmuşdur. Baxmayaraq ki, onun həmin tarixdə ezamiyyə vərəqəsində Quba-Qusar-Şabran rayonları istiqamətində hərəkət etməsi göstərilsə də, Qusar rayonunda yerləşən “xxxx” turizm mərkəzində qalması və ya istirahət etməsi qeyd edilməmişdir. Həmçinin icazə vərəqəsində filial üçün obyektin hansı rayonunda yerləşməsi göstərilməmişdir. Elgin Yahyayev isə obyektə Quba rayonunda baxmışdır, icazə vərəqəsində isə istiqamət Qusar, Şabran və Quba rayonları olmuşdur. Bundan əlavə müəyyən edilmişdir ki, Elgin Yahyayevin həyat yoldaşı Nərmin Yahyayeva barəsində Səbail RPİ-nin 41-ci PB-də araşdırma aparılarkən o, həmin tarixdə Qusar şəhərində yerləşən “xxxx” Turizm Mərkəzində gecələmələrini etiraf etmişdir. Halbu ki, onun qeyd edilən istirahət mərkəzində qalması və ya istirahət etməsi üçün heç bir icazə vərəqəsi olmamışdır. Məhkəmə hesab edir ki, filial üçün obyekt Quba rayonunda yerləşdiyi təqdirdə icazə vərəqəsində əvvəlcədən Qusar rayonunun qeyd edilməsi və Elgin Yahyayevin arvadı Nərmin Yahyaeva ilə birlikdə Qubadan Qusardakı “xxxx” istirahət mərkəzinə getməsi yağışlı hava ilə əlaqdar deyil. Bu hal özü-özlüyündə bir daha Elgin Yahyayevin həyat yoldaşı Nərmin Yahyayeva ilə birlikdə həmin tarixdə istirahət etmələri üçün Qusar şəhərinə getmələrini ehtiva edir. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 41-ci PB xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında, haqlı olaraq “xxxx” MMC-nin direktoru X6 vəzifəli şəxs kimi yanaşaraq heab etmişdir ki, E.Yahyayev işçisi (qəbulçu) X3 ezam vərəqəsi yazmadan Qusar şəhərində yerləşən “xxxx” Turizm Mərkəzinə getmişlər. Halbuki, şikayətçi vəzifəli şəxs olduğuna görə onun kifayət qədər səlahiyyəti olmuşdur ki, işçisi (həyat yoldaşı) Nərmin Yahyayevaya ezamiyyə vərəqəsi yazsın. Bunun yazılmamasına səbəb isə qanunvericiliyin tələblərindən yayınaraq, qanunsuz istirahət etmələrinə üstünlük vermələri olmuşdur. Bundan əlavə məhkəmə şikayətçi X4 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 4000 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİnin 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-176/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-176/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver