Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1760/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Şəxs QSC-nin nümayəndəsi X2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13000-0986/22 saylı, 24 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən **********640 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********640 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq **********640 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş gəminin müvəqqəti idxal müddəti bitməmiş Şəxs QSC tərəfindən həmin gəminin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********640 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən 2 (iki) ədəd geofiziki cihaz yükünün müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixində bitsə də, həmin gəminin təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı Şəxs QSC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 1 (bir) ay 12 (on iki) gün sonra, yəni xx.xx.2022-ci il tarixdə **********640 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. Nəticədə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X6, protokolu müdafiə edərək, Şəxs QSC nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi X4, yazılı etiraz ərizəsini təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, protokolu qanunsuz və əsassız hesab edirlər. “Vimar Offshore” şirkəti ilə Şəxs QSC (ASCO) arasında bağlanmış XG-0287 saylı xx.xx.2020-ci il tarixli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən “X5” “Bakinskaya 3” “Bakinskaya 5” “Bakinskaya 6” və “İrgiz” adlı gəmilərin X9 sektorunda Folanovski yatağında 12 ay müddətinə layihəyə cəlb olunmuşdur və müvafiq işlər görülmüşdür (müqavilənin surəti əlavə olunur). Bununla əlaqədar ASCO tərəfindən Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin rəisinə xx.xx.2022-ci il tarixli CF23/02-84 nömrəli məktubla müraciət olunmuş və “Vimar Offshore” şirkəti ilə Şəxs QSC (ASCO) arasında bağlanmış XG-0287 saylı xx.xx.2020-ci il tarixli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən ASCO-ya məxsus gəminin X9 sektorunda Filanovski yatağında 12 ay müddətinə layihəyə cəlb olunacağı bildirilmişdir, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq gəminin xx.xx.2022-ci il tarixindən 12 ay müdətinə müvəqqəti ixrac rejiminə qeydiyyata alınması üçün aidiyyətə üzrə göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixdə MC23/02-385 saylı məktubla ASCO tərəfindən Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin rəisinə məktubla müraciət edilmiş və “Vimar Offshore” şirkəti ilə Şəxs QSC (ASCO) arasında bağlanmış XG-0287 saylı xx.xx.2020-ci il tarixli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən ASCO-ya məxsus gəmi xx.xx.2022-ci il tarixli CF23/02-84 saylı müraciətlə müvəqqəti ixrac rejimində qeydiyyata alınmışdır. X7 Rusiya sektorunda Filanovski yatağında istismar olunan gəminin cəlb olunduğu layihə 2022-ci ilin sonuna qədər davam edəcəyi üçün gəminin geriyə idxalı üçün nəzərdə tutulan tarixin 31 dekabr 2022-ci il tarixinə kimi uzadılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Tərəfindən hər hansı bir inzibati xəta pozuntusu törədilməmişdir, belə ki, ASCO-ya məxsus müvafiq gəmi müqavilə əsasında Rusiya federasiyasında işləmiş və bununla bağlı gömrük orqanına vaxtında məlumat verilmişdir,həmçinin müqavilənin müddətinin uzadılması səbəbindən gəmi müqaviləyə uyğun işləri davam etdirməsi səbəbindən Rusiya federasiyasının Filanovski yatağında qalmış,bununla bağlı müvafiq sənədlər gömrük orqanına təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, ASCO tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 244 saylı qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının şərtləri, pozulmamış, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən protokolda inzibati xəta hadisəsinin baş verməsi kifayət qədər əsaslandırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.114.2.1,417-ci maddələrini rəhbər tutaraq məhkəmədən, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokolu, qanunsuz və əsassız olması səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə-fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, müvəqqəti idxal müddətinin xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq **********640 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş gəminin müvəqqəti idxal müddəti bitməmiş Şəxs QSC tərəfindən həmin gəminin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilmədiyindən, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətininhərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin tərkibi var və onun 2000 (iki min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1760/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1760/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver