Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1763/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X4 oğlunun katibliyi Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.2004-cü ildə Bakı şəhəri anadan olmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan olan Şəxs Nadir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsindən daxil olmuş materiallara baxaraq.. MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli M№ ******* seriyalı inzibati xəta haqqında protokola əsasən, Şəxs Nadir oğlu xx.xx.2025-ci il tarixdə Səbail rayonu, Niyazi küçəsində X2 qarşı dələduzluq edərək ona məxsus 56 manat pulu ələ keçirmişdir. Bununla da Şəxs Nadir oğlu AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs Nadir oğlu özünü inzibati xəta törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Ziyanı ödəməmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, kuryer kimi işləyir, inzibati xəta töədən şəxsin sifarişi əsasında yemek çatdırmış, həmin şəxs dələduzluqla 40 manatda əlavə pul almış, karta cəmi 56 manat göndərilməsi barədə vəd vermiş, lakin pulu karta keçirməmişdir. Ziyana düşdüyü üçün 3 gün həmin ziyanı ödəmək üçün işləmişdir. Ziyan ödənilməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Nadir oğlunun əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı F.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və AR İXM-nın 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün 9-cu polis bölməsinə həvalə edilmişdir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə Şəxs Nadir oğlunun əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Nadir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1763/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1763/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver