Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1765/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail Rayonu, 41-ci PB-nin sahə inspektoru polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Xanlar şəhəri, Səfərəliyev qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanınd qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəxs qanunsuz olaraq istehlak üçün narkotik vasitə olan heroin və metamfetamin daşımışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru polis baş leytenantı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə, saat 14:50də, Yasamal rayonu, Mida yaşayış kompleksi yaxınlığında piyada gəzərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış aparılan zamanı ona üzərində qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmək təklif olunduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində olan 1(bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim etmişdir. Aşkar olunmuş həmir kütlə qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş kütlələr özünə məxsus olmuş, həmin kütlələri “Bədəl” adlı şəxsdən 2(iki) gün əvvəl Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə istifadə etmək məqsədi ilə 30 (otuz) manata əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs 29 avqust 2023-cü il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi-axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Şəxs üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra Şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4601 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofan torbaçığda, təmiz çəkisi 0,045 qram olan heroin, 01 (bir) ədəd sellofan torbaçığda, təmiz çəkisi 0,03 qram metamfetamindir. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 28 aprel 2023-cü il tarixli aktdan görünür ki, AR DİN BNMİ-nin tərəfindən 1 ədəd bükümdə 0,03 qram və 0,045 qram çəkidə ağ kristal maddə və qəhvəyi toz maddə təqdim edilmiş, müvafiq olaraq 0.01 və 0,01 qram nümunə götürülmüş, 0,02 və 0,035 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında protokoldan görünür ki, Şəxs 30 avqust 2023-cü il tarixdə saat 12:00-da azad edilərək, şübhəli şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, Şəxs Azərbaycan Respublikası İXM-nin 206ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün müvafiq tədbir görülməsi üçün Səbail RPİ-nə göndərilməsi və Şəxs aşkar olunmuş 0,02 qram metamfetaminin və 0,035 qram heroinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “elektron məhkəmə sistemi”ndən çıxarışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X3 atası Şəxsdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən qurudulmuş heroin və metamfetamin 0,15 qram və yuxarı həddə olduğu halda əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, vağırlaşdıranhalların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,02 qram çəkidə psixotrop maddə metamfetamin və 0,035 qram çəkidə narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,02 qram çəkidə psixotrop maddə metamfetamin və 0,035 qram çəkidə narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1765/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1765/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver