Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1765/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əhmədova Raminə Feyruz qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər X8 İdarəsinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər X8 İdarəsi tərəfindən çıxarılmış 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibatı xəta haqqında qərarın ləgv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynlərindən biri xəstə olduğuna görə onların bütün tələbatlarını o qarşılayır. Heç bir yerdən əlavə gəlir yerləri yoxdur. Heç bir zaman hər hansı qanun pozuntusuna yol verməmişdir. xx.xx.2024-cü ildə saat 23:25-də, **-HP-*** dövlət nömrə nişanlı Hunday Elantra markalı avtomobili idarə edərkən Bəkı şəhəri DYPİ Polis kapitanı, X3, tərəfindən İnzibati tənbeh vermə haqqında TP ******* saylı Qərara əsasən, xx.xx.2024-cü ildə saat 23:25:00-da İXP6324264 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmİn protokola əsasən ona 150 (yüz əlli) AZN manat cərimə tədbiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməyi ilə bağlı qərar və Protokol tərtib edilmişdir. Nə qərardan, nə də ki, tədbiq edilmiş protokoldan razı deyil. xx.xx.2024-cü ildə saat 23:25- də Bakı şəhəri DYPİ Polis kapitanı, X3, tərəfindən yolda qanunsuz olaraq dayandırılmışdır. Ondan maşının dumanlı işıqların yandırmağını tələb etmişdir. Halbuki yolda heç bir reyd və ya hər hansı səbəb yox idi ki, onun hərəkətini dayandırsın. Saxladı və ona uzaq vuran işıqları yandırmağı tələb etdi. Saxlanılma səbəbini və işıqları nəyə görə yandırmağını soruşanda heç bir səbəb və əsas olmadan polis əməkdaşı onunla qərəzli formada danışaraq ona qarşı qərar qəbul etdi. İşığı çıxarıb yəni əvəzləmə olaraq led işıq taxmışdır ki, uzaq və qaranlıq olan yollardan keçən zaman yolu tam aydın və rahat şəkildə görsün. Əvəz etdiyi işıq da heç bir qanuna zidd deyil. Heç bir normativ tələbləri pozmamışdır. Əgər normativ tələblər pozulsaydı o zaman ona cərimə tətbiq edilə bilərdi. Hər bir nəqliyyat vasitəsinin texniki şəhadətnaməsində onun texniki parametrləri ilə əlaqədar olaraq bütün məlumatlar yerləşdirilmişdir. Müxtəlif avadanlıqları hər hansı bir istehlakçı alarkən nəzərdə tutmalıdır ki, istehlakçı tərəfindən müəyyən edilmiş avadanlıqların təchiz olunmasını təmin etməlidir. Ledlər, kisionanlar və digər nəqliyyat vasitəsinə quraşdırılmış avadanlıqların standartlardan kənar olduğu halda qadağan edici funksiyalar ortalığa çıxır. Standartlara uyğun olaraq led işıqları avtomobilinə quraşdırmışdır. Görmə qabiliyyətini əngəlliyən köhnə işıqlarını, yeni, müasir olan led işıqlarla əvəzləmişdir. Heç bir qanun pozuntusu etməmişdir. Ona görədə tətbiq olunmuş qanunsuz və əsassız yazılan cərimə ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətində qeyd edilənləri müdafiə edərək Bakı şəhər X8 İdarəsinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər X9 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, bundan əlavə inzibati qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilməmiş, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Bakı şəhər X9 İdarəsinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər X9 İdarəsinin 22 iyun 2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1765/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1765/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver