Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1766/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X7, ev 83 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Səbail RPİ tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Oba” marketdən 300 manat dəyərində saqqız qutusunu oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə inspektoru polis kapitanı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirdi ki, 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Oba marketində müdir vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə müdiri olduğu Oba marketində bir nəfər əvvələr tanımadığı şəxsin mağazaya daxil olaraq vitrindən saqqız blokunu oğurlamasını aşkar etmişdir. Həmin tanımadığı şəxsin mağazadan saqqız blokunu oğurlamasını aşkar etdikdən sonra Səbail RPİ-nin 9-cu PB-nə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsindəmağazaya ümumillikdə 300 manat məbləğində maddi ziyan dəymişdir. O, hazırda Şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Oba” marketə gedərək satıcının başının qarışıq olmasından istifadə edərək, 300 manat məbləğində saqqız oğurlamışdır. Törətdiyi əməlindən peşman olduğunu, dəymiş zərər tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 avqust 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 29 avqust 2023-cü il tarixdə saat 21:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X1 DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış materialın araşdırması zamanı naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 işlədiyi mağazaya məxsus 300 manat məbləğində əşyaları talayan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərarın surəti Səbail RPİ-nin 9-cu PB-yə göndərilməsindən ötrü təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 53, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel
Məhkəmə qərarları › İş №3(009)-1766/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1766/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver