Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1768/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Erzixanov Dövlətxan Mehtixan oğlu Səbail rayon 8-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində onunla qonşuluqda yaşayan keçmiş kürəkəni X4 yumruqla onun böyrək nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X4 DİN 102 xidmətinə məlumat verərək və Səbail Rpi-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə onunla qonşuluqda yaşayan keçmiş qaynatası Dövlətxan Erzixanov onun sifət nahiyyəsinə vuraraq bədən xəsarəti yetirmişdir. Dövlətxan Erzixanov barəsində qanuni tədbir görülməsini xahiş etdi. Müraciətlər əsasında Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Mahir Feyzullayev tərəfindən araşdırma aparılmış, X3 əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Erzixanov Dövlətxan Mehtixanoviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyət əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Səbail RPİ-nin 8-ci PB-nin polis sahə inspektoru X5 xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolla Erzixanov Dövlətxan Mehtixanoviçin İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X5 tərtib etdiyi protokolu müdafiə edərək qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Erzixanov Dövlətxan Mehtixanoviç özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, eləcə də zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 Dövlətxan Erzixanovla barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 298 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Erzixanov Dövlətxan Mehtixanoviçin bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 299 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər-sağ bazunun orta və aşağı 1/3-nin arxa-bayır səthlərinin sıyrıqları və sağ aşıq-baldır oynağının ön səthinin və bayır topuq nahiyəsinin şişkinliyi fonunda qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə sağ bazu nahiyəsinə təpiklə vurma nəticəsində və xx xxxx 2020-ci il tarixdə itələnərkən sağ aşıq-baldır oynağının burxulması zamanı əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.Vət.N.M.İsmayılovun bədənində müəyyən edilmiş xəsarətlərinq xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən lokal zərbə ilə itələnmə nəticəsində ayağın burxulmasından törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Belə ki, materiala əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, hazırda o, Erzixanov Dövlətxan Mehtixanoviçlə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qanunvericiliyin tələbini və zərərçəkmiş şəxs X1 hazırda Erzixanov Dövlətxan Mehtixanoviçlə barışdığını, ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Erzixanov Dövlətxan Mehtixanoviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.0.9, 114-115 və 157-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALD İ: Erzixanov Dövlətxan Mehtixanoviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1768/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1768/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver