Məhkəmə qərarları › İş №3(009)-1769/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1769/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1769/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) İnformasiya Sistemində yerləşdirilmiş inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) İnformasiya Sistemində yerləşdirilmiş xx.xx.2019-cu il tarixli BNA0220343 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Nissan Juke” markalı, **- XG-*** dövlət nömrə nişanlı avtomaşınıma dair keçmiş və fəaliyyətinə xitam verilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixdə BNA-0220343 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə tətbiq edilmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilmiş cərimə tamamilə əsassız, yanlış və qanunsuzdur. Belə ki, sürücü olaraq ümumiyyətlə qanunsuz parklanma yerlərində nəqliyyat vasitəsini saxlamır, bu səbəbdən də barəsində tətbiq edilmiş qanunsuz cərimələri hazırki vaxtadək ödəməmişdir. Qeydə alınan qayda pozuntuları ilə razı deyil, belə ki dayanma-durmaya görə elektron protokol tərtib etmək hüquqi olaraq mümkün deyil və bu qanuna zidddir. Bu hərəkət ilk növbədə qanunda öz real təsdiqini tapmalıdır ki, bu da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiqlənməli, daha sonra Prezidenti tərəfindən müvafiq olaraq sərəncam verilməlidir. Yanlız bu hallardan sonra qeyd tərtib edilən protokol qanuni şəkildə hesab edilməli və hüquqi hərəkət kimi qiymətləndirilməlidir. Bakı Nəqliyyat Agentliyinin guya səlahiyyətli şəxsləri öz növbəsində şəhərin müəyyən yerlərində quraşdırılmış kameralar vasitəsilə xətanı aşkar etmiş, monitor arxasında nəzarət edən əməkdaşlar vasitəsilə sənədləşdirilərək protokollar tərtib etmişlər. Bu səbəbdən də, əməlində törədilməsi ehtimal olunan inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən tənbeh edilməsi yolverilməzdir. Aparılan icraat haqqında ona heç bir məlumat verilməmiş, bildiriş, ev ünvanıma dəvət məktubu və “AsanPay” kabinetimdə mənə heç bir görüntü, şəkil və ya video məlumat ötürülməmişdir. Halbuki, müvafiq inzibatı xəta haqqında məlumatlar 1 gün ərzində "AsanPay” kabinetinə yerləşdirilməlidir. Hazırda qeyd edilən qanunsuz cərimələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sistemindən silinmədiyi üçün sürücülük vəsiqəsini dəyişdirə bilmir, bütün bu hallar onun hüquq və vəzifələrini kobud şəkildə pozmaqla ona çətinliklər yaradır. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin fəaliyyətinə 2023-cü ildən xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində Bakı Nəqliyyat Agentliyinin (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) İnformasiya Sistemində yerləşdirilmiş xx.xx.2019-cu il tarixli BNA0220343 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin(Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) İnformasiya Sistemində yerləşdirilmiş xx.xx.2019-cu il tarixli BNA0220343 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Nəqliyyat Agentliyinə (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Nəqliyyat Agentliyinin (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) İnformasiya Sistemində yerləşdirilmiş xx.xx.2019-cu il tarixli BNA0220343 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar