Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-177/2023 03.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Səlyan yolu, ev 5A-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 35 ünvanında ictimai qaydanı pozaraq polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək, baş verən hadisədən peşman olduğunu göstərmişdir. Şəxs həmçinin göstərmişdir ki, müharibə qazisidir, hadisə emosional vəziyyətində baş vermişdir. Əlahiddə ÇPA-nın 4-cü PB-nın polis nəfərlər C.Qasımov, E.Babayev, Ə.Həsənov tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin 9ci PB-nın növbətçi hissəsindən Səbail rayonu, Salyan yolu, 35-də İcra Hakimiyyətinin əməkdaşları ilə bir nəfər şəxsin münaqişə etməsi barədə avtopatrula məlumat vermişdir. Saat 13.30 radələrində həmin ünvana yaxınlaşarkən bir nəfər şəxsin İcra Hakimiyyətinin nümayəndələri ilə münaqişə etdiyini gördülər, həmin şəxslərə özlərini təqdim etdikdən sonra onlardan biri onlara qarşı aqressiv hərəkət edərək onlarla münaqişə etmiş və ünvanlarına nəlayiq ifadələr işlətmiş, qanunla müəyyən edilmiş qaydalara riayət etməmişdir. Həmin şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirmiş, qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 510 və 535.1ci maddələrinin tərkibi mövcuddur. Beləliklə tərtib edilmiş protokolla, iş materialları ilə Şəxs tərəfindən inzibati xətaları törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqla, nalayiq ifadə işlədib xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona maddəsnin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə eyni zamanda inzibati xəta törədən şəxsin xx.xx.2023-cü il tarixdə saat 13:50-də tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi 150 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinin və AR İXM-nın 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-177/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-177/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver