Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1771/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X1, Qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 aprel 2024-cü il tarixində saat 07:57 radəsində mənə məxsus Audi A5 markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə, Bakı şəhəri,Dənizkənarı küçəsindən Şövkət Ələkbərova küçəsinə dönən istiqamətdə hərəkət etmişəm. Həmin yol ilə övladlarımı məktəbə apardığım üçün yolun əzəldən birtərəfli olduğunu bildiyim halda BŞDYPİ-dən gələn zəngdən sonra mənə cərimə tətbiq olunacağı bildirildiyindən və BŞDYP idarəsinə dəvət olunduqdan sonra yolun iki tərəfli edildiyi mənə bəlli oldu. BŞDYP idarəsində protokolların yazılmaması üçün rüşvət tələb olunduğundan bundan imtina etdi, həmin yol kəsişməsinə gedərək video görüntü qeydə aldı. Bəlli oldu ki, Dənizkənarı küçəsindən Ş.Ələkbərova küçəsinə döndükdə yolun sağ cinahında 5.15-Duracaq yeri nişanı lövhəsi qoyulmuşdur və tam arxasında 1.19-İkitərəfli hərəkət yol nişanı quraşdırılmışdır və 1.19 yol nişanı öndə olan lövhəyə görə döngədən dönülən zaman görsənmir. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin 1-ci bəndinin tələbləri pozularaq protokol tərtib olunub, TŞ kameralarına baxış vasitəsi ilə cərimə tətbiq olunaraq 3 protokol ayrı vaxtlarda tərtib olunub və qərarlarə ardı-arda verilmişdir, bunu protokolların eyni vaxtda olmasını, saat 07:53 radəsinin hər iki protokolda və digərində 07:57 kimi qeyd olunmasından görmək mümkündür. Protokollar və qərarlar: 1. İXP ******* - TP 6510589, 2. İXP ******* - TP 6501511, saylı qərarlardan aidiyyatı üzrə Səbail rayon Məhkəməsinə müraciət etmiş. Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)- 1440/2024 saylı qərarına əsasən İXP ******* – TP 6501511, saylı qərarı qismən ləğv edilərək baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X5nə göndərilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1441/2024 saylı qərarına əsasən İXP ******* - TP 6510589, saylı qərarı qismən ləğv edilərək baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X5nə göndərilmişdir. Hər iki qərarda məhkəmə qeyd etmişdir ki, təkrar araşdırılma üçün Polis İdarəsinə göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət yol idarəsi tərəfindən heç bir araşdırılma aprılmadan yenidən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarlar qəbul edilmişdir. Qərarın qəbul edilməsi zamanı mənim iştirkı təmin edilməmiş eyni zamanda qeyd edilən qərarlar mənə rəsmi qaydada göndərilməmişdir. Lakin mübahisələndirilən qərarlar mənən xx.xx.2024-cü il tarixində özü X5 İdarəsinə müraciət etdikdən sonra ona təqdim edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə və İXM-nin müddəalarına əsasən məhkəmədən, 10 iyul 2024-cü il tarixli TP ******* və 25 iyul 2024-cü il tarixli TP ******* saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarı ilə xx.xx.1975-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X3, ünvan 2 ünvanında Audi A5 minik markalı 77GZ278 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə növündə inizbati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X3 ünvan 2 ünvanında Audi A5 minik markalı 77GZ278 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Odur ki, Bakı şəhər X5 İdarəsi tərəfindən haqlı olaraq X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1771/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1771/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver