Məhkəmə qərarları › İş №3(009)-1774/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1774/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1774/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Mustafayeva (İmanova) Sura Əkbər qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Mustafayeva (İmanova) Sura Əkbər qızının Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 19 avqust 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əsasan müəyyən edilir ki, Mustafayeva (İmanova) Sura Əkbər qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş ilə inzibati xəta hadisəsinin törədilməsinə görə xx.xx.2023cü il tarixli EQ 12717134 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli və nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan elektron məhkəmə portalının çıxarışından görünür ki, Mustafayeva (İmanova) Sura Əkbər qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112, 114 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Mustafayeva (İmanova) Sura Əkbər qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 19 avqust 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar