Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1775/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 06 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 06 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 6 oktyabr 2022-ci il saat 12:58 radələrində etibarnamə ilə idarə etdiyi ** PV *** dövlət qeydiyyat nişanlı Mercedes Benz S350 minik avtomobili ilə Niyazi küçəsindən Azneft dairəsindən keçərək Neftçilər prospektində saxlayıb dənizkənarı bulvara sərnişin düşürərkən Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 ona yaxınlaşmış və “Yolayrıcı keçmə qaydası”nı pozduğunu, Nefçilər prospektindən gələrək Azneft dairəsindən keçməklə üzü Bayıl istiqamətdə hərəkətdə olan avtomobilin qarşısına çıxdığını bildirmişdir. O, isə qayda pozmadığını bildirdi. Hərəkətdə olduğu zaman Neftçilər prospekti ilə Bayıl istiqamətində hərəkətdə olan avtomobilin hərəkət sürətini yaxud istiqamətini dəyişmədiyini, onun avtomobilindən uzaqda olduğunu, əgər görüntü varsa baxmaq istədiyini demişdir. Görüntü üçün BDYPİ-nə yaxınlaşıb orda baxa biləcəyini demişdir. Buna baxmayaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (yolayrıcı keçmə qaydaları) maddəsinə uyğun olaraq İXP ******* nömrəli protokol tərtib etmişdir. O, 07 oktyabr 2022-ci il tarixdə BDYPİ-yə yaxınlaşıb TŞ kameralarının görünülərinə baxmışdır. Görüntülərdə onun qayda pozmadığı açıq-aydın bilinir. Həmin vaxt protokoldan şikayət ərizəsi yazaraq dəftərxanaya təqdim etmişdir (qeydiyyat nömrəsi 046-422779) Dəftərxanadan ona bildirilmişdir ki, 30 gün ərzində o, idarəyə dəvət olunacaq və qərar qəbul olunacaq. Lakin onun iştirakı olmadan 21 oktyabr 2022-ci il tarixində TP ******* nömrəli qərar qəbul olunmuşdur və X8 protokol qüvvədə saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində 21 oktyabr 2022-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİnin 06 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 idarə etdiyi MERSEDES-BENZ S350 minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 06 oktyabr 2022-ci il tarixində saat 12:58-də Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektində hərəkətdə olarkən dairədən çıxıb Bayıl istiqamətinə doğru hərəkət edən avtomobilə yol verməyərək yolayrıcını keçmə qaydasını pozmuşdur. Ü.F.Quliyevin şikayəti əsassız olduğundan təmin edilməməli onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Ülvi Quliyevin törətdiyi qayda pozuntusu həmin vaxt ərazidə xidmət aparan Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsində bilavasitə tabe olan Yol Patrul Xidməti X5 Bölüyünün YPX inspektoru polsi baş serjantı İlqar Hümmətov tərəfindən bilavasitə vizual şəkildə aşkar edilmişdir. X10 hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddsəinin XV-ci hissəsinin tələbini pozmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV-ci hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Göründüyü kimi 06 oktyabr 2022-ci il tarixində X10 MERSEDES- BENZ S350 minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Niyazi küçəsindən Azneft dairəsinə doğru Neftçilər prospektinə keçən zaman dairədən Bayıla doğru hərəkət edən avtomobilə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozmuşdur. Beləliklə də barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə qanuni və əsaslı olaraq inzibati məsuliyyətə cəlb edilməklə inzibati qaydada cərimə edilmişdir. Ona görə də X2 şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 06 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 idarə etdiyi MERSEDES-BENZ S350 minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 06 oktyabr 2022-ci il tarixində saat 12:58-də Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektində hərəkətdə olarkən dairədən çıxıb Bayıl istiqamətinə doğru hərəkət edən avtomobilə yol verməyərək yolayrıcını keçmə qaydasını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, MERSEDES-BENZ S350 minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 oktyabr 2022-ci il tarixində saat 12:58-də Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektində hərəkətdə olarkən dairədən çıxıb Bayıl istiqamətinə doğru hərəkət edən avtomobilə yol verməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 06 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV-ci hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X8 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X3 06 oktyabr 2022-ci il tarixində saat 12:58-də idarə etdiyi MERSEDES-BENZ S350 minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektində hərəkətdə olarkən dairədən çıxıb Bayıl istiqamətinə doğru hərəkət edən avtomobilə yol verməmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də barəsində X8 protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 06 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin 06 oktyabr 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1775/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1775/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver