Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1776/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Səbail rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 02 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri 19 saylı Notariat Kontorunun 3M- 13 saylı, 27.11.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi nəticəsində Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu və tələbkar arasında borcun ödənilməsi ilə əlaqədar razılıq əldə edilmişdir. Göstərilənlərə əsasən, barəsində inzibati protokol tərtib edilmiş Şəxs oğlunun barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə borcunu barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. O, məhkəməyə yazılı iltiazm təqdim edərək 2021-ci ilin noyabr ayının sonundək borc məbləğini tam ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X4oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun borcun ödənilməsi barədə iltizamı ilə razı olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştiarkçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri 19 saylı Notariat Kontorunun 3M-13 saylı, 27.11.2018-ci il tarixli icra sənədinə əsasən əsasən borclu Şəxs 14152 manat tutularaq X1 xeyrinə ödənilməlidir. İş materiallarından olan MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri 19 saylı Notariat Kontorunun 3M-13 saylı, 27.11.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 14152 manat tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi 04.12.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmişdir. Tələbkar 26.02.2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu tərəfindən onun xeyrinə ödəniş edilmədiyini bildirmişdir. Borclu barəsində 27.03.2019-cu il tarixdə axtarış qərarı qəbul olunmuş və icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsindən şöbəyə daxil olmuş məktubda borclu barəsində axtarış işinin açıldığı qeyd olunmuşdur. Bundan başqa borcluya məxsus “Mercury Mariner” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu aşkar olunmuş və üzərinə həbs qoyulması məqsədilə məhkəməyə təqdimat ilə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-49/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadına əsasən avtomobilin üzərinə həbs qoyulması qərarı alınmışdır. Dövlət Vergi Xidmətindən alınmış məlumatda borclunun "xxxx" QSC-də hesablarının mövcud olduğu müəyyən olunmuşdur. Həmin hesabların üzərinə həbs qoyulması məqsədilə inkasso sərəncamları tərtib edilmişdir. Bank hesabında pul olmadıından inkasso sərəncamları icra olunmamışdır. Borclu 02.09.2021-ci il tarixdə polis tərəfindən şöbəyə təhvil verilmişdir. Ondan izahatı alınmış, izahatında icra sənədi barədə xəbəri olduğunu, lakin işsiz olduğuna görə ödəniş edə bilmədiyini qeyd etmişdir. Həmçinin borc məbləğindən 5000 (beş min) manatını tələbkarın dostları vasitəsilə ödədiyini iddia etmişdir. Həmin 5000 (beş min) manatı çıxmaq şərtilə yerdə qalan borcu bir il ərzində bağlaya biləcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Bundan sonra işə məhkəmədə baxıldığı vaxt barəsində iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu borcunun noyabr 2021-ci il tarixədək ödəyəcəyi barədə iltiazm vermişdir. Tələbkar həmin iltizamla razılaşaraq borcun ödənilməsinə müddət verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs oğlunun maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilməmiş, tələbkar və borclu hazırda borcun ödənilməsi barədə razılığa gəlmişlər. Belə olan halda, Şəxs oğlunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs oğlunun psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1776/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1776/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver