Məhkəmə qərarları › İş №3(009)-1776/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1776/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1776/2022 05.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin tərtib etdiyi EQ ******* saylı, 05 oktyabr 2021-ci il tarixli qərardan X1 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin tərtib etdiyi EQ ******* saylı qərardan X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİnin tərtib etdiyi EQ ******* saylı, 05 oktyabr 2021-ci il tarixli qərardan X1 şikayəti ona geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş şikayət ərizəsi onu vermiş şəxs tərəfindən imzalanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin şikayət ərizəsi icraata qəbul edilib baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, verilmiş şikayət və ona əlavə edilmiş materiallardan qərardan şikayət onu vermiş şəxs tərəfindən imzalanmadığından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin tərtib etdiyi EQ ******* saylı, 05 oktyabr 2021-ci il tarixli qərardan X1 şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar