Məhkəmə qərarları › İş №3(009)-1776/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1776/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1776/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi X1, zərərçəkmiş şəxs (tələbkar) X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 25 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1635/2024- 009 nömrəli, 10 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə borclu Şəxs 3162.77 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, ələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi lə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilərək borclunun ünvanına göndərilmişdir. Borclu Şəxs istifadəsində olan ***- ***-**-** nömrəli mobil elefonla dəfələrlə əlaqə saxlanılsa da, o müxtəlif bəhanələr gətirərək icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən icra sənədində göstərilən tələbin yerinə yetirilməsi məqsədi ilə “borclunun ıxtarılması ilə bağlı” xx.xx.2025ci il tarixli qərar icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində 20112/2025 saylı, xx.xx.2025-ci il tarixli axtarış işi açılmışdır. Borclu Şəxs Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2025-ci il tarixdə şöbəyə təhvil verilmişdir. Borcludan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında bu baxçada müəllimə işlədiyini və 450 manat maaş aldığını, borcu tam şəkildə ödəyə bilməyəcəyini yalnız ıər ay 200 manat ödəyəcəyini bildirmişdir. Tələbkar öz növbəsində icra sənədi üzrə yaranmış borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbuhi Əhmədov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, borcunu hissə hissə ödəyəcək, bunun nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X3 borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materialına əlavə olunan ərizədən görünür ki, Şəxs məhkəmə prosesi zamanə borclu tərəfindən ona 200 manat ödəniş verildiyini, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar