Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1777/2022 05.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 05 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 05 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "Kontinental” marketdə 485 AZN dəyərində “Royal Suite” adlı içkini vitrindən oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X2 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, heç bir yerdə işləmədiyindən maddi vəziyyəti çox pisdir. 02 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, “Çəmbərəkənd” parkı ətrafında piyada hərəkət edən zaman parkın yaxınlığında “Kontinental” market olduğunu görüb oradan nə isə oğurlamaq qərarına gəlmiş və həmin marketə daxil olmuşdur. Marketdə satıcıların diqqətindən yayınmaq üçün təxminən 5-10 dəqiqə marketin içərisində gəzişməyə başlamış, bir qədər gəzişdikdən sonra spirtli içkilər olan vitrinə yaxınlaşmış və heç kimin onu görmədiyindən əmin olduqdan sonra vitrindəki 1 ədəd 0,7 litr həcmdə olan “Royal Salute 25” markalı viskini götürüb onu qutusundan çıxartmışdır. Viskini əynindəki gödəkçənin alt hissəsində gizlədib qutusunu isə vitrinə geri qoymuşdur. Bunun ardınca yenidən marketdə heç kimin onu görmədiyindən əmin olub heç nə olmamış kimi gəzərək marketdən çölə çıxmışdır. Oğurladığı viskini Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bravo” marketin yanındakı “Şərabistan” adlı şərab evində çalışan Zaur adlı şəxsə 200 manata satıb həmin pulu da xərcləmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan inzibati xəta haqqında tutma protokolundan görünür ki, Şəxs 04 noyabr 2022-ci il tarixdə saat 00:55-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, X3 ərizəsi əsasında toplanmış materialın araşdırması zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR. İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin 9-cu PB-yə göndərilməsi qərara alınmışıdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, 2018-ci ildən ünvan 3 ünvanında yerləşən “Kontinental” marketin müdiri işləyir. 02 noyabr 2022-ci il tarixdə saat 20:20 radələrində işdə olan zamän bir nəfər 30 yaşlarında kişi cinsindən olan şəxs müştəri qismində marketə daxil olmuşdur. O, təxminən 5-10 dəqiqə marketdə gəzişdikdən sonra spirtli içkilər olan vitrinə tərəf yaxınlaşmış, bir neçə spirtli içkini götürüb baxmış, sonra isə yerinə qoymuşdur. O, ondan şübhələnərək onun yanma yaxınlaşmış, bu zaman həmin oğlan viskilərdən birini ona göstərərək onu qayınatasına almaq istədiyini bildirib necə içki olduğunu soruşmuş, o da həmin içkinin keyfiyyətli olduğunu söyləmişdir. Bundan sonra o, həmin viskini götürüb kassaya yaxınlaşmışdır. Kassada olan zaman həmin oğlan viskini kassanın üzərinə qoyub pulunu taksidə unutduğunu söyləmiş və viskini piştaxtanın üzərində qoyub çölə çıxmışdır. Bir neçə dəqiqə keçməsinə baxmayaraq o, geri qayıtmamış və o, onun pulu olmadığını düşünüb viskini yenidən vitrindəki yerinə aparmışdır. Həmin vaxt vitrindəki “Royal Salute 25” viskisinin qutusuna baxan zaman viskinin yerində olmadığını görüb' həmin şəxsin onu oğurladığını başa düşmüş və 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Oğurlanmış viskinin qiyməti 485 manatdır və hadisə nəticəsində ona ümumilikdə həin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni yəni 04 noyabr 2022-ci il tarixdən saat 00:55-dən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 04 noyabr 2022-ci il tarixdən saat 00:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1777/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1777/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver