Məhkəmə qərarları › İş №3(009)-1783/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1783/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1783/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 oktyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21:15 radələrində sürücü vət. Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Toyota Corolla minik” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu Z.Yusifzadə küçəsindəki piyada keçidinə yaxınlaşarkən hərəkət yolunun boş olduğunu zənn edərək hərəkətini davam etdirmiş, bu zaman yolu sol tərəfdən sağ tərəfə keçmək üçün hərəkət yolunu yarıya kimi qət etmiş piyada vət.X3 və onun azyaşlı oğlu X4 avtomobilin sol qabaq qanadı ilə vuraraq onlara xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş, yetirilmiş xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Bununla da sürücü Şəxs həmin hərəkətləri ilə “X8 “ Azərbaycan Respublikasının Qanununun 54.1-ci maddəsinin (Piyada keçidində NV-nin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki,yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü NV-ni dayandırmalı və piyadaya yol verməlidir) tələblərini pozmuşdur. Odur ki, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilməmişdir. Lakin təqsirkar sürücü Şəxs öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozmaqla inzibati xəta törətmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən X1 iştirakı ilə izahat verərkən hadisə ilə bağlı şikayəti və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda X5 xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə “Toyota” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu və azyaşlı oğlu Seyfulla Babayevi vurub xəsarət yetirməsi ilə əlaqədar heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Sərxoşluq vəziyyətinin 2/25956 saylı xx.xx.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022 -ci il tarixli 598 nömrəli rəyindən görünür ki, azyaşlı X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- bel nahiyəsini qançırı, sol ayağın ic və bayır topuğunun, sağ ayağın bayır topuğunun, sağ pəncəsinin üst səthinin, sağ dirsək, hər iki diz oynağı nahiyələrinin sıyrıqları, qarm nahiyəsinin qara ciyəri subkapsulyar kicik ölçülü qan sızması ilə müşaiət olunan küt travmasi, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müdətddə və şəraitdə yəni xx.xx.2022-ci il tarixli yol nəqiliyyat hadiəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə , sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022 -ci il tarixli 599 nömrəli rəyindən görünür ki, vət.X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol bazu oynağı nahiyəsinin sıyrığı , sağ gicgah ənsə nahiyəsinin, sağ bud və sağ diz oynağının nahiyələrinin qançırları sol ayağın bayır topuğunun və pəncə nahiyəsinin acıq baldır oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qancır-şişkinlik halında əziyi, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müdətddə və şəraitdə yəni xx.xx.2022-ci il tarixli yol nəqiliyyat hadiəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə, ümümilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 21:15 radələrində sürücü vət. Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Toyota Corolla minik” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu Z.Yusifzadə küçəsindəki piyada keçidinə yaxınlaşarkən hərəkət yolunun boş olduğunu zənn edərək hərəkətini davam etdirmiş, bu zaman yolu sol tərəfdən sağ tərəfə keçmək üşün hərəkət yolunu yarıya kimi qət etmiş piyada vət.X3 və onun azyaşlı oğlu X4 avtomobilin sol qabaq qanadı ilə vuraraq onlara yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin Şəxs şikayətinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar