Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1785/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Əlirza Azər oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi Zeynalov Rahib tərəfindən tərtib edilmiş MN ******* nömrəli qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi Zeynalov Rahib tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 02 may 2020-ci ildə işə gedərkən, saat 14:00 radələrində polis əməkdaşı yaxınlaşaraq onun portalda icazəsi olub olmadığını sistemdə yoxlamışdır. Sistemdə problem olduğuna görə, ona cərimə yazılmışdır. Onun sistemdə olduğunu təsdiq etdikdən sonra, ona yazılan inzibati xəta haqqında protokolun ləğv olunacağını bildirmişlər. Bu səbəbdən, o protokola imza atmamışdır. 18 aydan sonra 27.08.2021-ci ildə ona ödinilməyən cərimə haqqında məlumat gəlmişdir. Bu səbəbdən barəsində qəbul edilmiş MN ******* nömrəli 02 may 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 02 may 2020-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 03 sentyabr 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs ərizəyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi Zeynalov Rahib tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə rəisi Zeynalov Rahib tərəfindən tərtib edilmiş MN ******* nömrəli qərardan verdiyi şikayət geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1785/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1785/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver