Məhkəmə qərarları › İş №3(009)-1785/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1785/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1785/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 iştirakı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 17 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu Azadlıq prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində baş vermiş yol-nəqiliyyat hadisəsi zamanı 1995-ci il təvəlüdllü Zərərçəkmiş şəxs1,1994-cü il təvəlüdllü X7 və 1997-ci il təvəlüdllü X11 xəsarət almışdır. X2 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə təqribən 05:45 radələrində dostu Zərərçəkmiş şəxs2 ilə Nardaran qəsəbəsində yaşadıqları evə getmək məqsədi ilə “Bolt taksi şirkətinə” sifariş vermişlər 10-15 dəqiqədən sonra “Hyundai minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlimiş dostu Kamran arxa sağ tərəfdə oturmuş o, isə qabaq sağ oturacaqda əyləşmiş və Sabunçu rayonu Zabrat qəsəbəsi yolu ilə şəhərin mərkəzinə doğru gəlmişlər. Yol boyu sürücü yüksək sürətlə hərəkət etmiş PPXB-nm əməkdaşları onu saxlatmaq istəmişlər, sürücü isə sürətlə üzü Babək prospekti istiqamətində hərəkətini davam etdirmişdir, hətta sürücü hərəkət edərkən işıqforun qırmızı işığına fikir verməmişdir. Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi yol ayrıcındakı işıqforun qırmızı işığında yolu keçən zaman Azadlıq prospektindən gələn “Toyota Pirus minik” markalı **-FZ-*** dövlət nörə nişanlı avtomobil ön hissəsi ilə onların əyləşdiyi avtomobiln sağ orta hissəsinə dəyib toqquşdu. Tanımadığı vətəndaşlar onlara kömək edib avtomobildən çıxarmışlar və oraya gələn TTYS-nm həkimləri onları xəstəxanaya aparmışlar. Onlar təhlükəni toqquşma anında hiss etmişlər, sağ tərəfdən gələn avtomobili 10-15 metrlikdən görmüşlər avtomobilin sürəti 100- 110 olardı xəsarət aldıqları üçün hadisə ilə əlaqədar bolt şirkətindən və “Hyundai minik” markalı **-BM-*** nömrəli avtomobilin sürücüsü Qədir Nəcəfovdan şikayətçidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 Firudin Kamran oğlunun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X10 qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X12 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X6 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X6 Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda X6 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı X6 izahatı alınmış və o, izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 05:45 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Gits minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifarişlə müştəriləri götürdükdən sonra Bakı şəhəri, Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə ikinci zolaqda Sahil bağı istiqamətində hərəkətini davam etdirib Azadlıq prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi yol ayrıcındakı işıqforun qırmızı işığında keçən zaman sağ tərəfdən Azadlıq prospekti ilə üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olan “Toyota Pirus minik” markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobil işıqforun yaşıl işığında yolunu davam etdirən anda qarşısına çıxmış və həmin avtomobilin ön hissəsi onun idarə etdiyi avtomobilin sağ yan orta hissəsinə dəyib toqquşmuşdur. Hadisədən sonra yaxınlıqda olan vətəmdaşlar köməklik edib avtomobildə olan xəsarət almış sərnişinləri çölə çıxarmışlar o isə özünü pis hiss etdiyi və ağzından qan gəldiyi üçün TTYS-nin həkimlərinin gec gəldiyini görüb qorxudan yol maşını ilə özünü xəstəxanaya çatdırmışdır. Hadisə zamanı avtomobili 70-80 km/saat sürətlə idarə etmiş, içkili olmamaış, avtomobili txniki cəhətdən saz olmuşdur. Avtomobili toqquşma zamanı görmüşdür, əvvəlcədən gəldiyini görməmişdir. Sonradan hadisə yerinin sənədləşməsində iştirak etməmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin xx.xx.2022-ci tarixli 2/25336 saylı tibbi müayinə aktından görünür ki, X6 alkoqol sərxoşluq vəziyyəti ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2168 saylı ekspert rəyindən görünür ki, Toyota Prius markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Hundai Getz markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Q.Ş.Nəcəfov avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70- 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında “Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın və Patoloji Anatomiya birliyi” X18 Səbail rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 539 saylı rəyindən görünür ki, vət.X4 bədən səthində aşkar edilmiş xəsarətlər-hər iki diz oynağının və bel nahiyyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 günəvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ birlərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın və Patoloji Anatomiya birliyi” X18 Səbail rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 540 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs1 bədəni səthində aşkar edilmiş xəsarətlər- başən təpə hissəsininəzilmiş-cırıimış yarası,alın,sağ qılça,sağ dirsək oynağı,sağ bazu nahiyyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ birlərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGYL zərər vurmaya aiddilər. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın və Patoloji Anatomiya birliyi” X18 Səbail rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 541 saylı rəyindən görünür ki, vət. X5 almış olduğu xəsarətlər-başın alın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası,sol ayağın İİ,İİİ,İV barmaqlarının qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ birlərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsə təyin edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 05:45 radələrində sürücü X12 idarə etdiyi “Hyundai Gits minik” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifarişlə müştəriləri götürdükdən sonra Bakı şəhəri, Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə ikinci zolaqda Sahil bağı istiqamətində hərəkətini davam etdirib Azadlıq prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi yol ayrıcındakı işıqforun qırmızı işığından keçən zaman sağ tərəfdən Azadlıq prospekti ilə üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olan sürücü X5 idarə etdiyi “Toyota Pirus minik” markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobil işıqforun yaşıl işığında yolunu davam etdirən anda birinci onun qarşısına çıxmış və ikincinin idarə etdiyi avtomobilin ön hissəsi birincinin avtomobilinin sağ yan orta hissəsinə dəyib toqquşmuşdur. Vət. X12, vət. X11, X8 və vət. Zərərçəkmiş şəxs1 xəsarət almaları ilə nəticələnən yol nəqiliyyat hadiəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, X6 şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar