Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1785/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında qərarından X1 şikayətinə məhkəmə binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında qərarından X1 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, X1 şikayəti ona geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur.Məhkəməyə təqdim olunmuş şikayətdən və ona əlavə olunmuş materiallardan inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, verilmiş şikayətdən inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmadığından X2 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında qərarından X1 şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1785/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1785/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver