Məhkəmə qərarları › İş №3(009)-179/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-179/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-179/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3, X1 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1 və 496.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2023-cü il tarixli 00100-00231/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********6431 sorğu nömrə gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru atlında yerləşdirilmiş malların bir hissəsi Azərbaycan Respublikasının Prezidentinin 609 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 2 nömrəli Əlavəsinə uyğun olaraq Səhiyyə Nazirliyinin idxala müsbət rəyi əsasında **********4342 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə, müvəqqəti saxlanc müddətinin bitməsi ilə əlaqədar yaranmış gömrük borcuna görə Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsaslanaraq dəbbə pulu hesablanaraq sərbəst dövriyyəyə buraxılmışdır. Lakin **********6431 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş və xx.xx.2021-ci il tarixli DGH**********607 saylı invoysun 60-cı mövqeyində yerləşən 36 ədəd "etilen oksid qaz kartuşu 3M" adlı sterilizator üçün etilen oksid qazlı kartriclər idxalına Nazirləri Kabinetinin Sərəncamı tələb olunduğu halda mallar sərbəst dövriyyə üçün buraxılış üçün bəyan edilməmiş və ya idxalatçı tərəfindən mallar barəsində gömrük Qanunvericiliyi ilə nəzərdə tutulmuş hər hansı digər tədbir görülməmişdir. Mövcud vəziyyət ilə əlaqədar olaraq şirkətin nümayəndəsi ilə danışıqlar zamanı nümayəndə yükün anbarda olmadığını və gömrük orqanının icazəsi olmadan istifadə olunduğunu bildirmişdir. Vahid Avtomatlaşdırılmış idarəetmə sisteminə tərəfimizdən baxış keçirilən zaman 36 ədəd "etilen oksid qaz kartuşu 3M" adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünün **********6431 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirildiyi, saxlanc müddətinin pozulmasına baxmayaraq həmin malların digər gömrük proseduru altında rəsmiləşdirilmədiyi və gömrük nəzarətində olduğu müəyyən edilmişdir. Şirkətin nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, **********6431 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 36 ədəd “etilen oksid qaz kartuş 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünün rəsmiləşdirilmədən və gömrük orqanına məlumat verilmədən istifadə edilməklə üzərində sərəncam verilmişdir. Həmin yüklərin gömrük dəyəri 822.03 manat təşkil edir. Beləliklə, "xxxx" MMC tərəfindən **********6431 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 36 ədəd "etilen oksid qaz kartuşu 3M" adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünə dair müvəqqəti saxlanc müddəti pozulduğu və müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş dəyəri 822,03 manat olan yüklərin üzərində sərəncam verməsi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş ŞəxsMMC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz etməyərək, şirkətin ünvanına Türkiyə Respublikasından 08K6297/08AAK622 nömrəli nəqliyyat vasitəsilə gələn yüklərin Bakı Baş Gömrük idarəsində **********6431 saylı GB ilə saxlanc gömrük proseduru altında bəyan edildiyini, həmin yüklərdən biri istisna olmaqla digərlərinin **********4342 sorğu nömrəli GB ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edildiyini, lakin 36 ədəd "etilen oksid qaz kartuşu 3M" adlı sterilizatorlar yükünü icazə ala bilmədikləri üçün saxlancda saxlamağa davam etdikləri **********6431 saylı GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 36 ədəd "etilen oksid qaz kartuşu 3M" adlı sterilizatorlar yüklərinin “Dünya Göz Azərbaycan" MMC-yə məxsus binanın 4-cü mərtəbəsində anbara yerləşdirilərək plomblandığını, həmin məhsulların itifadə edilməsi üçün icazə alınmalı olmasını bilmədikləri üçün xəstəxanın fəaliyyəti ilə əlaqədar olaraq həmin məhsulları tibbi alətlərin sterilizasiyası üçün cihaza taxılmaq üçün istifadə etdiklərini, gömrük qaydalarının pozulduğunu qəbul etdiklərini bildirmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən 07.01,2022-ci il tarixli **********6431 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bir hissəsi Azərbaycan Respublikasının Prezidentinin 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 2 nömrəli Əlavəsinə uyğun olaraq Səhiyyə Nazirliyinin idxala müsbət rəyi əsasında **********4342 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə, müvəqqəti saxlanc müddətinin bitməsi ilə əlaqədar yaranmış gömrük borcuna görə Gömrük Məcəlləsinin 247ci maddəsinə əsaslanaraq dəbbə pulu hesablanaraq sərbəst dövriyyəyə buraxılmışdır. Lakin **********6431 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş və xx.xx.2021-ci il tarixli DGH**********607 saylı invoysun 60-cı mövqeyində yerləşən 36 ədəd “etilen oksid qaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər idxalına Nazirləri Kabinetinin Sərəncamı tələb olunduğu halda mallar sərbəst dövriyyə üçün buraxılış üçün bəyan edilməmiş və ya idxalatçı tərəfindən mallar barəsində gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş hər hansı digər tədbir görülməmişdir. Mövcud vəziyyət ilə əlaqədar olaraq şirkətin nümayəndəsi ilə danışıqlar zamanı nümayəndə yükün anbarda olmadığını və gömrük orqanının icazəsi olmadan istifadə olunduğunu bildirmişdir. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Vahid Avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilən zaman 36 ədəd “etilen oksid gaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünün **********6431 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirildiyi, saxlanc müddətinin pozulmasına baxmayaraq həmin malların digər gömrük proseduru altında rəsmiləşdirilmədiyi və gömrük nəzarətində olduğu müəyyən edilmişdir. Şirkətin nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, **********6431 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 36 ədəd "etilen oksid gaz kartuşu 3M" adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünün rəsmiləşdirilmədən və gömrük orqanına məlumat verilmədən istifadə edilməklə üzərində sərəncam verilmişdir. Həmin yükün gömrük dəyəri 822.03 manat təşkil edir. Beləliklə, "xxxx" MMC tərəfindən **********6431 sorğu nömrəli GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 36 ədəd "etilen oksid gaz kartuşu 3M” adlı sterilizatorlar üçün etilen oksid qazlı kartriclər yükünə dair müvəqqəti saxlanc müddətinin pozulduğu və müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş dəyəri 822.03 manat olan yüklərin üzərində sərəncam verməsi ilə Azərbaycan Respublikası İXM-nin 496.1 və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, şirkətin ünvanına Türkiyə Respublikasından Ö8K6297/08AAK622 nömrəli nəqliyyat vasitəsilə gələn yüklərin Bakı Baş Gömrük İdarəsində **********6431 saylı GB ilə saxlanc gömrük proseduru altında bəyan edildiyini, həmin yüklərdən biri istisna olmaqla digərlərinin **********4342 sorğu nömrəli GB ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edildiyini, lakin 36 ədəd etilen oksid gaz kartuşu 3M adlı sterilizatorlar yükünü icazə ala bilmədikləri üçün saxlancda saxlamağa davam etdiklərini, **********6431 saylı GB ilə saxlanc gömrük proseduru altında yerləşdirilmiş 36 ədəd etilen oksid gaz kartuşu 3M adlı sterilizatorlar yüklərinin Şəxs MMC-yə məxsus binanın 4-cü mərtəbəsində anbara yerləşdirilərək blomplandığını, həmin yüklərə görə icazə sənədi ala bilmədiklərini, həmin məhsullara icazəni saxlanca qoyulduqdan sonra təxminən 2 ay gözlədiklərini, lakin xəstəxanın fəaliyyəti ilə əlaqədar olaraq həmin məhsulları tibbi alətlərin sterilizasiyası üçün cihaza taxılmaq üçün istifadə etdiklərini, gömrük qaydalarının pozulduğunu qəbul etdiklərini bildirmişdir. Beləliklə, həm iş materialları, həm də Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). 18 mart 2016-cı il tarixli 180-VQ saylı “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 17-ci bəndinə əsasən etilen oksid (oksiran) qazı zəhərli maddələrin sırasına daxildir və Azərbaycan Respublikasının Prezidentinin 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 1 nömrəli Əlavəsinin 3-cü bəndinə əsasən idxalı üçün Nazirlər Kabinetinin Sərəncamı tələb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək onun barəsində İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117,128-130,491.1 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi həddində, yəni 247 (iki yüz qırx yeddi) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar