Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1793/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 04 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan və raportdan görünür ki, xx xxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 51-ci məhəllə, 36/1 A ünvanında qeydiyyatda olan Şəxs, 04 sentyabr 2021-ci il tarixdə 14:30 radələrində Şixov qəsəbəsində yerləşən Gömrük İdarəsinin keçid məntəqəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 04 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş 04 sentyabr 2021-ci il tarixli ******* saylı protokol üzrə, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru X4, Şixov qəsəbəsində yerləşən Baş Gömrük İdarəsinin keçid məntəqəsində Şəxs yaxınlaşıb, yük avtomobilinin nəqliyyatın hərəkət zolağından kənara çəkilməsi barədə xəbərdar olunmağına baxmayaraq, onun polisin qanuni göstərişlərinə tabe olmadığını bildirərək, sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, o, yüklərə dair vergi və rüsümları ödədikdən sonra gömrükdən buraxılış vərəqəsi almış, həmin səndə qapıda təqdim etmək üçün yük avtomobilini saxlamışlar, qeyd olunan vaxt yük avtomobilini o, idarə etməmişdir, onun vergi əməkdaşları ilə mübahisəsi olmuş, lakin, polis əməkdaşlarına tabesizlik göstərməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasına şahid qismində iştirak edən Dövlət Vergi Xidmətinin idxal-ixrac əməliyyatları üzrə nəzarət baş idarəsinin idxal və ixrac əməliyyatlarına nəzarət idarəsinin rəis müavini X5 ifadəsində bildirir ki, 04 sentyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin İpək yolu postu terminalında Gömrük orqanı ilə birgə nəzarətin qaydalarına əsasən nəzarət keçirən zamanı VPR-də olan vergi ödəyicisi Faborlik Tikinti MMC-yə baxış zamanı şirkətə aidiyyəti olmayan dəfələrlə ayrı-ayrı şirkətlərin yük çıxardan Şəxs adlı şəxs nəzarətdən yayınmaq niyyəti ilə yük olan maşını ipək yolu gömrük postunun çıxışına sürərək yolu bağlayıb digər vergi ödəyicilərinin çıxışına maneə törətmişdir. Bununla bağlı dəfələrlə onun diqqətinə çatdırılmasına baxmayaraq məhəl qoymamışdır. Hüquqmühafizə orqanları məlumatlandırılmışdır. Polis əməkdaşları həmin əraziyə gəldikdən sonra Osmanın diqqətinə dəfələrlə maşını geri çəkilməsi bildirilsə də, buna baxmayaraq polisin qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasına şahid qismində iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət baş İdarəsinin İdxal və ixrac əməliyyatlarına nəzaərət idarəsinin Ərazi quqrumları iş Şöbəsinin rəisi Sarabisky-Əzizbəyov Hüseyn-Qulu Azər oğlu ifadəsində bildirdi ki, şlaqbaundan yük avtomobilini buraxmamışlar, gömrük mühafizəyə göstəriş vermişlər ki, maşınları buraxmayın, bu səbəbdən yük avtomobili saxlanılmış, Şəxs buna narazılığını bildirərək mübahisə etmiş, o, Osmana yaxınlaşıb sakit olmağını bildirsə də, ona əhəmiyyət verməmiş, hüquq mühafizə orqanına müraciət etmişlər, o, polis əməkdaşına yüksək tonla avtomobili çəkməyəcəyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində iştirak edən Əlahiddə ÇPA-nın 4-cü Patrul Bölüyünün polis nəfəri X6 ifadəsində bidirdi ki, 04 sentyabr 2021-ci il tarixdə 14:30 radələrində Şixov qəsəbəsində yerləşən Baş Gömrük İdarəsinin çıxışında yük avtomobilinin dayandığını görmüşlər, avtombili kənarlaşdırılması barədə xəbərdar olunmuş, lakin, Şəxs polisin qanuni tələblərinə tabe olmadığından 41-ci Polis Bölməsinə gətirilmişdir. Məhkəmə iclasına şahid qismində iştirak edən şahidlər Əlahiddə ÇPA-nın 4-cü Patrul Bölüyünün polis nəfərləri X7 və X9 şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə iclasında Şəxs polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var və ona inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri təyin olunmalıdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 sentyabr 2021-ci il tarixdə saat 16:15-də inzibati qaydada tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilməklə, İnzibati qaydada həbs etmənin əvvəli 04 sentyabr 2021-ci il tarixdən, saat 16:15-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 04 sentyabr 2021-ci il tarixdən, saat 16:15dən hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X8 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1793/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1793/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver