Məhkəmə qərarları › İş №3(009)-1793/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1793/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1793/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhəri İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şahid Azroşen MMC-də əmək hüquqlarının pozulması barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 şikayəti əsasında, AR Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin pozulması səbəbi ilə Azroşen MMC barəsində AR İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin tərəfimizdən AR Əmək Məcəlləsinin 187-ci maddəsinin hansı tələbinin pozulması və bu tələbin pozulması nəticəsində AR İXM-nin 192.6-cı maddəsinin tələblərinin pozulmasına əsas olmuş hallar göstərilməmişdir. İnzibati Qərarın qəbul olunması üçün heç bir hüquqi əsas olmadığı üçün və tərəfimizdən əmək qanunvericiliyinin tələbləri pozulmadığından Akif Hacıyev barəsində AR İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2025- cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv olunmalıdır. Şahid etdiyi şikayət hansı faktlarla təsdiq olunması mübahisələndirilən qərarda öz əksini tapmamışdır . AR İXM- nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə məsuliyyəti nəzərdə tutur. Əmək müfəttişliyi tərəfindən qəbul olunmuş qərarda qeyd olunan tələblərin hansı və necə pozulması öz əksini tapmamışdır. Belə ki, Şahid əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsində qanun pozuntusuna yol verilməmişdir. Mübahisələndirilən Qərardad AR Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinin pozulmasına istinad edilir. AR Əmək Məcəlləsinin 187-ci maddəsində intizam tənbehinin verilməsi qaydaları qeyd olunmuşdur. Lakin A.Hacıyev tərəfindən AR ƏM-nin 187-ci maddəsinin hansı tələbinin pozulması göstərilməyib. İlk olaraq AR İXM - nin 192.6- cı maddəsinə nəzər saldıqda görürük ki, həmin maddədə İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə inzibati məsuliyyət yaranır. Əmək qanunvericiliyinin tələblərinin pozulmasını müəyyən etmək üçün əmək qanunvericiliyinə nəzər salaraq Əmək Məcəlləsinin 10- cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq: f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. o, - işçinin əsas vəsifələrindəndi. Lakin görünən odur ki, Şahidn Əmək Məcəlləsinin bu tələblərini pozmuşdur. 11- ci maddəsinə əsasən b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarındandır və Azroşen MMC öz hüquqlarından istifadə edərək məcəllədə nəzərdə tutulmuş qayda və əsaslarla əmək müqaviləsinə xitam vermişdir. 71-ci maddəsinə əsasən 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla. etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - bu maddənin tələblərinə əsasən X3 MMC ziyan vurması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 72- ci maddəsinə əsasən c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - Əhmədov X10 MMC-yə maddi ziyanın vurulması danılmaz fakt olduğundan, onun tərəfindən əmək vəzifələri kobud şəkildə pozulmuşdur. AR Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Lakin əmək müfətişliyi məhkəmə qaydasında mübahisələndirilməli olan məsələyə hüquqi qiymət vermişdir. Həmçinin işçi tərəfindən şikayətdə göstərilənlərdən kənara çıxmaqla. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair 17 fevral 2016-cı il tarixli Qərardadında Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin "ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Göstərilənləri nəzərə alaraq Azroşen MMC-nin direktoru X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X13 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə1 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi şəxs İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində göstərilən əsaslarla təqsirləndirilir. Əmək məcəlləsinin 187-ci maddəsi əsas kimi göstərilmişdir. Qərarda pozuntunun məzmunu konkret olaraq öz əksini tapmamışdır. İşçiyə bir məktub, iki teleqram vurularaq işə dəvət olunmuş, şəxs işə gəlməkdən imtina etmiş buna görə də ona birinci olaraq töhmət verilmiş, daha sonra Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Əmək qanunvericiliyinin tələblərinin pozulması halı yoxdur. Əgər şəxs işdən azadolma ilə bağlı qərardan narazı idisə o zaman müvafiq maddəni məhkəmə vasitəsilə mübahisələndirə bilərdi. Əmək müqaviləsinin ləğvi ilə bağlı qərar vermilib bununla bağlı vətəndaş mülki icraat qaydasında mübahisələndirə bilər. İşçiyə qarşı hər hansı qanunsuzluq edilməmiş, işçiyə vaxtında xəbərdarlıq edilmiş, daha sonra töhmət verilmiş bundan sonra işdən azad edilmişdir. Əmək müfəttişliyi tərəfindən təqdim edilən tabeldə dekabr ayı onun işə çıxması kimi qeyd olunub. Bunun səbəbi isə şəxsin əmək haqqısının ödənilməsi olub. Şəxsin əmək haqqının ödənilməsi baxımından tabeldə onu işə çıxıbmış kimi göstərdik. Baxılan məsələ inzibati xəta ilə bağlıdır. Şəxsin işə çıxıb-çıxmaması hələ qəbul edilən qərarın əmək qanunvericiliyinin pozması üçün əsas deyil. Yusifov X11 MMC-nin direktoru X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhəri İdarəsinin nümayəndəsi X8 şikayətlə razılaşmayaraq bildirmişdir ki, əmək qanunvericiliyinin tələbləri şirkət tərəfindən pozulub. Şəxs işdə olduğu halda onun barəsində intizam tənbehi tətbiq edilib. Şikayət ərizəsi formal mülahizələr əsasında verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında 2003-cü ildən qeyrirəsmi, 2009-cu ildən rəsmi olaraq "xxxx" MMC-də işlədiyini, 2024-cü ildə şirkət tərəfindən ödənişsiz məzuniyyət götürməli olduğunu dediklərini, səbəb olaraq maaşları ödəyə bilməməklərini göstərdiklərini, işlər düzəldikdən sonra yenidən işə qayıtmağını dediklərini, dekabr ayının 1-i yenidən işə qayıtdığını, bu zaman ondan işdən çıxmağı üçün ərizə yazmağı tələb etdiklərini, lakin onun imtina etdiyini, işə qayıdaraq həmişəki kimi ərazidə işləməyə başladığını, ondan gizli davamiyyətlə bağlı qeydiyyat götürüldüyünü, halbuki 20 il idi ki şirkətdə davamiyyətlə bağlı qeydiyyat götürülmədiyini və imza alınmadığını, onun nə verilən xəbərdarlıqdan, nə töhmətdən, nə də davamiyyət cədvəlindən xəbəri olmadığını, dekabr ayının axırı təqribi 28-i ona işə gəlməməyi və işdən azad olduğu deyildiyini və ondan dəfələrlə işdən çıxmaqla bağlı ərizə tələb edildiyini onun hər dəfəsində imtina etdiyini, əgər işdən çıxarılırsa iş yeri tərəfindən çıxarmaqlarını və təzminat ödəməklərini istədiyini, daha sonra ona işdən çıxarıldığını dediklərini, əmək kitabçasını götürmək üçün iş yerinə daxil olmağa imkan vermədiklərini, qanunsuz olaraq işdən çıxarıldığını qeyd etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X13 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.6-cı maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, vətəndaş Şahid əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbləri pozularaq hüquqi əsas olmadan (iş vaxtının uçota tabellərində işdə olmuş kimi qeyd edilib) bu məcəllənin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. X2 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 Azn cərimə olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilmişdir. Şahid (Azərbaycan Respublikası, Abşeron Rayonu, Saray qəsəbəsi, Aslanov Novruz küçəsi, Dalan 1, qapı 3) "xxxx" MMC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, AZAZ1072/********** nömrəli teleqramda xx.xx.2024-cü il tarixdən işə çıxmalı olduğu, lakin heç bir səbəb gətirmədən və məlumat vermədən işə çıxmadığı, işə davamiyyətinin olmadığı təqdirdə Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktda görünür ki, "xxxx" MMC-də audit üzrə menecer vəzifəsində çalışan Şahid işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işə gəlməmişdir. İşçi işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir. İşçinin yaşadığı ünvana teleqram vurulmağı tövsiyyə olunmuşdur. xx.xx.2024-cü il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktda görünür ki, "xxxx" MMC-də audit üzrə menecer vəzifəsində çalışan Şahid xx.xx.2024-cü il tarixdə göndərdilən teleqram nəzərə aınlmamış işəgötürənə heç bir məlumat verməmiş və heç bir üzürlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi işə gəlməmişdir. Rəhbərliyə işçi ilə bağlı tədbir görülməsi tövsiyyə olunmuşdur. xx.xx.2024-cü il tarixli 113 saylı “işçiyə töhmət verilməsi” haqqında əmrdə görünür ki, audit üzrə menecer Şahid üçün tərtib edilmiş 16, 26 dekabr 2024-cü il tarixli aktlara əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "a" bəndinə uyğun olaraq Audit üzrə menecer Şahid 01 dekabr 2024-cü il tarixindən 26 dekabr 2024-cü il tarixədək üzrsüz səbəbdən işəgötürənə heç bir məlumat vermədən işdə olmamasına görə töhmət elan edilsin. xx.xx.2025-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktda görünür ki, "xxxx" MMC-də audit üzrə menecer vəzifəsində çalışan Şahid xx.xx.2024-cü il tarixdə göndərilən teleqramı nəzərə almamış işəgötürənə heç bir məlumat verməmiş və heç bir üzürlü səbəb göstərmədən ümumilikdə işçi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işə gəlməmişdir. Rəhbərliyə işçi ilə bağlı tədbir görülməsi tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli 03 saylı “işçiyə şiddətli töhmət verilməsi” haqqında əmrdə görünür ki, audit üzrə menecer Şahid üçün tərtib edilmiş 16, 26 dekabr 2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli aktlara əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsınin "a" bəndinə uyğun olaraq Audit üzrə menecer Şahid 01 dekabr 2024-cü il tarixindən 08 yanvar 2025-ci il tarixədək üzrsüz səbəbdən işəgötürənə heç bir məlumat vermədən işdə olmamasına görə şiddətli töhmət elan edilsin. xx.xx.2025-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktda görünür ki, "xxxx" MMC-də audit üzrə menecer vəzifəsində çalışan Şahid xx.xx.2024-cü il tarixdə göndərilmiş teleqramı nəzərə almamış işəgötürənə heç bir məlumat verməmiş və heç bir üzürlü səbəb göstərmədən ümumilikdə işçi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək işə gəlməmişdir. Rəhbərliyə işçi ilə bağlı tədbir görülməsi tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli 04 nömrəli əmrdən çıxarışdan görünür ki, Şahid - audit üzrə menecer xx.xx.2025-ci il tarixdən Azərbaycan ƏM-nin 70-ci maddəsinin "ç" bəndi 72ci maddənin a) bəndi əsas tutularaq tutduğu vəzifədən azad edilmiş. Ona 28 günün kompensasiyası ödənilməsi qeyd olunmuş. İş vaxtının uçotu tabelindən görünür ki, Şahid 2024-cü ilin iyul ayının 1-dən noyabr ayının 30-dək ödənişsiz məzuniyyət verilmiş, Şahid 2024-cü ilin dekabr ayının 1dən, 2025-ci ilin yanvar ayının 13-dək işdə olmuşdur. (2024-cü ilin dekabr ayının 1-31, 175 saat, yanvar ayının 1-13, 48 saat) Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu nəticəsində əldə edilmiş çıxarışdan görünür ki, Şahid yaşayış və qeydiyyat yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin birinci hissəsinin b) bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin ikinci hissəsinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999cu il tarixli, 122 nömrəli Fərmanının a) bəndinə əsasən Əmək Məcəlləsinin 15-ci maddəsinin birinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini - X12 Xidməti həyata keçirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-190-cı maddələrini əhatə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsinə əsasən İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla X13 tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlı təqsirliliyi faktı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Şahid barəsində 26 dekabr 2024-cü il tarixində töhmət, 08 yanvar 2025-ci il tarixdə şiddətli töhmət verilmiş, çox qısa müddət sonra 13 yanvar 2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş vaxtının uçotu tabelindən görünür ki, Şahid 2024-cü ilin iyul ayının 1-dən noyabr ayının 30-dək ödənişsiz məzuniyyət verilmiş, Şahid 2024-cü ilin dekabr ayının 1-dən, 2025-ci ilin yanvar ayının 13-dək işdə olmuşdur. Şahid oğlunun işdə olması faktı qeyd edilən tabellə öz təsdiqini tapmışdır, lakin işəgötürən tərəfindən işçi işdə olarkən işçiyə töhmət, şiddətli töhmət verilmiş, daha sonra əmək müqaviləsi Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir. Bununla da işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli «inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında» qərarı qanuni və əsaslı olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar