Məhkəmə qərarları › İş №3(009)-1794/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1794/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1794/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs Məmməd-zadə Ülviyyə Şirzad qızının nümayəndəsi X1, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 02 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4525/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınır. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, borclu şəxs Şəxs 6820 manat aliment borcu var. İmkanı olmadığı üçün ödəyə bilmədiyini deyir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Məmməd-zadə Ülviyyə Şirzad qızının nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs aliment borcunu ödəmir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, hazırda işləmir, lakin işləsə, aliment borcunu ödəməyə hazırdır. Hissələr şəklində alimenti ödəyir. xx.xx.2025-ci il tarixdə 3000 manat məbləği Məmməd-zadə Ülviyyə Şirzad qızının bank hesabına ödəmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4525/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 24 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat olmaqla aliment alınaraq Məmməd-zadə Ülviyyə Şirzad qızına ödənilsin. Şəxs xx.xx.2009-cu il təvəllüdlü X4 əlavə xərclərə görə hər 100 manat məbləğində pul alınaraq Məmməd-zadə Ülviyyə Şirzad qızına verilmişdir. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2019-cu il tarixli bildirişə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4525/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2019-cu il tarixli qərarla 2(008)-4525/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-37/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Şəxs məxsus “Mercedes E 240 minik” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixli qərarla borclu borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Məmməd-zadə Ülviyyə Şirzad qızına olan 3000 manat aliment borcunu ödəmişdir. İcraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 24 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat olmaqla aliment alınaraq Məmməd-zadə Ülviyyə Şirzad qızına ödənilsin. Şəxs xx.xx.2009-cu il təvəllüdlü X4 əlavə xərclərə görə hər 100 manat məbləğində pul alınaraq Məmməd-zadə Ülviyyə Şirzad qızına verilmişdir. Borclu icra sənədi üzrə yığılmış 6820 manat manat aliment borcunu ödəməkdən yayındığından borclu barəsində axtarış qərarı tərtib olunaraq Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təqdim edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alnmışdır. O verdiyi izahatında imkanının olmadığına görə borcunu ödəyə bilmədiyini, icra sənədi üzrə indiyə qədər 12160 manat aliment pulu ödədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə yaranmış borc məbləğindən 3000 manatı Məmməd-zadə Ülviyyə Şirzad qızının bank hesabına ödəmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və hissə-hissə aliment borcunu ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar