Məhkəmə qərarları › İş №3(009)-1797/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1797/2020

02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1797/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən BMW X-6 minik markalı, 90VO699 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 01:00 radələrində Elmi-tədqiqat travmatologiya və ortopediya İnstitutundan tibb bacısı Həsənova Səbail RPİnin Növbətçi hissəsinə, Səbail rayonu, “Kukla teatrı”nın yaxınlığında baş vermiş baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1998-ci il təvəllüdlü X1 xəsarət alması barədə məlumat vermişdir. Məlumat Səbail RPİ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda xx.xx.2020-ci il tarixdə, 305 sayda qeydiyyata alınmış və araşdırılması üçün icraatıma verilmişdir. Material üzrə araşdırma zamanı vətəndaş X4 verdiyi izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 20:30 radələrində dostu Şəxs idarə etdiyi “BMW-X6” markalı Az **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu istiqamətindən “Azneft” dairəsi istiqamətində Neftçilər prospekti ilə hərəkət etmişlər. Səbail rayonu, Neftçilər prospektində olduqları avtomobil qabaq hissəsi ilə önlərində olan “Mercedes ML” markalı avtomobilin arxası ilə toqquşmuş, zərbə nəticəsində olduqları avtomobilin cihazlar paneli və sükanındakı təhlükəsizlik yastıqları açılan zaman təhlükəsizlik yastığı sağ əlinin baş barmağını əzmişdir. Hadisə yerinə Bakı şəhər DYPİ-nin əməkdaşları gəlmiş və hadisəni sənədləşdirmişlər. Gecə saatlarında barmağı şişmiş və müayinə olunmaq üçün Travmatologiya İnstitutuna müraciət etmişdir. Orada barmağını rentgen etmiş və ilkin tibbi yardım göstərib, evə buraxmışlar. İşin mahiyyəti üzrə sualları cavablandıran Elşən Mahmudov qeyd etmişdir ki, hadisə Səbail rayonu, Neftçilər prospekti 119 ünvanında baş vermişdir. O, avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş, həmin vaxt mobil telefona baxdığı üçün hadisənin necə baş verdiyini görməmiş, təhlükəni toqquşma anında hiss etmişdir. Toqquşma zamanı təhlükəsizlik yastığı açılan zaman sağ əlinin baş barmağını əzmiş, başqa heç bir xəsarəti yoxdur. Həmin vaxt barmağında cüzi ağrı olduğu üçün xəsarət aldığını heç kimə bildirməmişdir. İlkin avtomobili təxminən 40-50 km/saat sürəti ilə idarə etmişdir. O, “Mercedes ML” markalı avtomobilin dövlət qeydiyyat nişanına fikir vermədiyi üçün bilmir, lakin həmin avtomobil ağ rəngdə olmuşdur. X6 Şəxs əlaqə nömrəsinin ***-***-**-** olduğunu izahatında göstərmiş, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı heç kimdən və heç nədən şikayət və tələbinin olmadığını ifadə edərək, araşdırmanın dayandırılmasını xahiş etmişdir. İş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən X1 bədəni üzərində nə kimi xəsarətin (xəsarətlərin) olub-olmamasını müəyyən etmək məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Təhqiqat zərurəti ilə bağlı xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində Səbail rayonu, Neftçilər prospekti 119 ünvanında “Mercedes Benz ML350” markalı Az **-BG-*** dövlət qeydiyyat nişanlı və “BMW X-6” markalı Az **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi əsasında toplanmış materialın Səbail RPİ-nə göndərilməsi üçün xx.xx.2020-ci il tarixdə, 065-23087-1220 saylı məktubla Bakı şəhər DYPİ-nə sorğu verilmişdir. Material üzrə izahatı alınmış sürücü, 1996-cı il təvəllüdlü Şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 20:30 radələrində dostu X4 ilə birlikdə özünə məxsus olan və idarə etdiyi “BMW X-6” markalı Az **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hökumət Evi” istiqamətindən “Azneft” dairəsi istiqamətində hərəkət etmişlər. Səbail rayonu “Xalçaçılıq muzeyi”ni keçdikdən sonra Rəsul Rza küçəsindən sağa, Neftçilər prospektinə dönmüş və 3-cü zolaqla “Azneft” istiqamətində hərəkətdə olan zaman mobil telefonuna zəng gələndə fikri yayınmış və idarə etdiyi avtomobilin ön hissəsi ilə qarşısında olan X2 idarə etdiyi “Mercedes Benz ML350” markalı Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Sonra hadisə yerinə gələn Bakı şəhər DYPİ-nin əməkdaşı hadisəni sənədləşdirmişdir. İşin mahiyyəti üzrə sualları cavablandıran Şəxs qeyd etmişdir ki, hadisə Səbail rayonu, Neftçilər prospekti 119 ünvanında “Gucci” mağazasının qarşısında, əks istiqamətli yolun “Azneft” dairəsi istiqamətində olan hərəkət hissəsinin 3-cü zolağında baş vermişdir. O, avtomobili 40-50 km/saat sürəti ilə idarə etmiş və hadisə baş verən anda yol sıxlıq olduğuna görə, “Mercedes Benz ML350” markalı avtomobil dayanmış vəziyyətdə olmuşdur. Təhlükəni mobil telefonuna gələn zəngə baxıb, başını qaldıran zaman və “Mercedes Benz ML350” markalı avtomobilə 1,5-2 metr məsafə qalmış hiss etmiş, refleks olaraq tormoz əyləcini basmış, lakin məsafə yaxın olduğuna görə, qəzadan yayına bilməmişdir. Telefon sürətlər qutusunun yanında olmuş, zəng gələndə sadəcə baxmış və fikri yayınmış, həmin vaxt telefona cavab verməmişdir. Toqquşma idarə etdiyi “BMW X-6” markalı avtomobilin qabaq sağ hissəsi ilə “Mercedes Benz ML350” markalı avtomobilin arxa hissəsi arasında baş vermişdir. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. O, toqquşmadan sonra Elşəndən və “Mercedes Benz ML350” markalı avtomobilin sürücüsü Cəlaldan xəsarət alıb-almadıqlarını soruşmuş, onların hər ikisi heç bir xəsarət almadıqlarını demişlər. Lakin, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Elşən təhlükəsizlik yastığı açılan zaman barmağına dəydiyini demiş və sağ əlinin baş barmağının şişdiyini ona göstərdikdən sonra onlar birlikdə Travmatologiya İnstitutuna getmişlər. Orada Elşənin barmağını rentgen etmiş və ilkin tibbi yardım göstərib evə buraxmışlar. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmiş, həmin vaxt avtomobilində Elşəndən başqa sərnişin və artıq yük olmamışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, qəza zamanı avtomobilin kapotu, ön barmaqlıq, qabaq sağ qanad əzilərək içəri doğru deformasiyaya uğramış, ön bamper qırılmış, alın şüşəsi sınmış, sükan və cihazlar panelindəki təhlükəsizlik yastıqları açılmışdır. Sürücü Şəxs baş vermiş hadisə ilə bağlı heç kimdən və heç nədən heç bir şikayət və tələbinin olmadığını bildirmiş, hadisənin onun günahından, yəni fikri telefona gələn zəngə yayındığına və önündə olan “Mercedes Benz ML350” markalı avtomobil ilə ara məsafəsi saxlamadığına görə baş verdiyini, səhvini başa düşdüyünü və etdiyi əməldən peşman olduğunu izahatının sonunda ifadə etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 119 ünvanında, əks hərəkət istiqamətli avtomobil yolunun “Xalçaçılıq muzeyi” istiqamətindən “Azneft” dairəsi istiqamətinə olan hərəkət hissəsinin 3-cü zolağında baş vermişdir. Hadisə yerinə baxış keçirilmiş, müvafiq sxem tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Həmçinin “Mercedes Benz ML350” markalı Az **-BG-*** dövlət qeydiyyat nişanlı və “BMW X6” markalı Az **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək müvafiq protokollara əlavə edilmişdir. Təhqiqat araşdırması ilə əlaqədar hadisə yerində mövcud olan DİN-in AİES-nin “Təhlükəsiz şəhər xidməti”nin TŞ-1-191/3 saylı videomüşahidə qurğusunun qeydə aldığı görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20:30:19-cu saniyədə təhqiqata məlum olmayan 3 nəfər qadın “Dənizkənarı Milli Park” istiqamətindən Neftçilər prospekti 119 saylı bina istiqamətinə doğru əks istiqamətli yolun hərəkət hissəsini müəyyən olmayan yerdən keçərək üfüqi qoşa nişanlama xəttinin üzərində dayandıqdan sonra yolun 3-cü zolağı ilə hərəkətdə olan sedan tipli avtomobil dayanaraq onlara yol verir, həmin vaxt onun arxasında olan SUV tipli avtomobil, həmin avtomobilin arxasındakı təhqiqata məlum olan sürücü X2 idarə etdiyi “Mercedes Benz ML 350” markalı avtomobil dayanarkən sonuncu avtomobilin arxası ilə hərəkətdə olan sürücü Şəxs idarə etdiyi “BMW X-6” markalı, Az **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə “Mercedes Benz ML 350” markalı avtomobilin arxa hissəsi ilə toqquşur. Toqquşmadan sonra hər iki avtomobilin sürücüsü və “BMW X-6” markalı avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş, təhqiqata məlum olan Elşən Mahmudov avtomobildən enib biri-birlərinə yaxınlaşır. Baxış zamanı yol-nəqliyyat hadisəsinin xx.xx.2020-ci il tarixdə, saat 20:30:21-ci saniyədə Səbail rayonu, Neftçilər prospekti 119 ünvanında, “Xalçaçılıq muzeyi” istiqamətindən “Azneft dairəsi” istiqamətinə doğru yolun hərəkət hissəsinin 3-cü zolağında baş verdiyi, hərəkətdə olan “BMW X- 6” markalı avtomobilin ara məsafəsi saxlamadan, ön hissəsi ilə qarşısında və dayanmış vəziyyətdə olan “Mercedes Benz ML 350” markalı avtomobilin arxa hissəsindən toqquşduğu müəyyən edilmişdir. Videogörüntüyə baxışın keçirilməsi barədə protokol tərtib edilmiş və qeyd edilən görüntünün əldə edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in NHİX-nə sorğu verilmişdir. xx.xx.2020- ci il tarixdə vətəndaş X4 ərizə ilə Səbail RPİ-nə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində Səbail rayonu, Neftçilər prospekti 119 ünvanında dostu Şəxs idarə etdiyi “BMW X-6” markalı, Az **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan zaman sürücü X2 idarə etdiyi “Mercedes Benz ML 350” markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizlik yastığı açılarkən xəsarət alması ilə bağlı Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını, İlkinin çox yaxın dostu olduğunu və ona tibbi yardımın göstərilməsi və sağlamlığına dəymiş zərərlə bağlı hər cür köməklik etdiyini bildirmiş, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası SN-nin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 Səbail rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 416 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki; 1998-ci il təvəllüdlü X1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ mil-bilək oynağının trapesvari sümüyünün qapalı xətti sınığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar