Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1798/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Müəyyən olunmuşdur ki, Şəxs barəsində Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və materiallar araşdırılarkən müəyyən edildi ki, eyni şəxs tərəfindən bir hərəkətlə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş bir neçə xəta törədilmişdir. Ona görə də hesab edirəm ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanlara əsasən 3(009)-1797/2023 və 3(009)-1798/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(009) –1797/2023 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinə əsasən, QƏRARA ALDİM: 3(009)-1797/2023 və 3(009)-1798/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)-1797/2023 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. 3(009)-1798/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1798/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1798/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver