Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1799/2025 05.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsi məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Binə qəsəbəsində yerləşən Binə qəsəbə stadionunda MOİK - Karvan futbol klubları arasında X7, İ Liqasının növbəti oyunu keçirilmişdir. Oyun saat 16:00-da başlamışdır. Oyunun ikinci hissəsinin sonlarına yaxın saat 17:45 radələrində Müdafiə Nazirliyi Mərkəzi X10 idmançısı (futbolçu) mülki işçi X4 rəqib komandanın oyunçusu ilə oyun epizodunda mübarizə apararkən müvazinətini itirərək yıxılmış və sağ topuq nahiyəsindən xəsarət almışdır. Meydanda dərhal futbolçuya ilk tibbi yardım göstərilsə də oyunu davam etdirə bilməmişdir. İdmançımız saat 18:15 radələrində təcili tibbi yardım maşını ilə aidiyyəti üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilmiş və müayinələrdən keçirilmiş, lazımi tibbi yardım göstərildikdən sonra stasionar müalicəyə ehtiyac olmadığından 20:00-da evə buraxılmışdır. Hadisə həftənin cümə günü baş verdiyindən müayinə və müalicə prosedurlarının nəticələri saat 18:15-20:00 radələrində olduğunu nəzərə alaraq, bununla bağlı məlumat X3 növbəti həftənin birinci günü xx.xx.2025-ci il tarixində verilmişdir. Elton Əlibəylinin xəsarət alması cümə günü saat 17:45-ə təsadüf etməsinə baxmayaraq, ona göstərilmiş tibbi diaqnoz qeyri iş saatı və növbəti günlərin şənbə, bazar olduğuna görə itirdiyi iş günü olmamışdır. Hadisə ilə əlaqədar olaraq X6 tərəfindən X11 Klubu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 şikayətə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ilə X11 Klibunun işçisi X1 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı işəgötürən X5 tərəfindən baş verdiyi gün məlumatın X6 Xidmətinə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Müdafiə Nazirliyi şikayəti təmin edilməsin. DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1799/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1799/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver