Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-18/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati qaydada icraat aparılan Şəxs MMM-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsini X2 iştiraklı ilə, Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMM-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan Şəxs MMM-nin nümayəndəsini X3 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin sorğusu Müəssisəyə daxil olduqdan sonra qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həmin sürücü barədə məlumat göndərilmiş və həmin məlumatın çatdırılmasına dair polis surətli poçt daşıma xidmətinin qaiməsi X4 məsul şəxsi tərəfindən imza edilərək qəbul edilmişdir. Hesab edir ki, həmin sorğuya vaxtında cavab verildiyindən barəsində inzibati qaydada icraat aparılan Şəxs MMM-nin əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Səbail rayon Dövlət Yol Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Səbail rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Səbail rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMM-nin onun mülkiyyətində (istifadəsində) olan “Mitsubishi Lancer minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMM barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Şəxs MMM-nə ünvanladığı sorğunun DİNnin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Mitsubishi Lancer minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 07:16-da Sabunçu rayonu Olimpiya stadionu yaxınlığında mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığından Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxxx 2020-ci il tarixdə Şəxs MMM-nin məsul şəxsi (Hüseynova) tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan məlumatların təqdim olunması haqqında məktubdan görünür ki, Şəxs MMM-nin balansında olan, siyahısı məktuba əlavə olunmuş (“Mitsubishi Lancer minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, X1) nəqliyyat vasitələrini idarə edən sürücülər haqqında məlumat Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan "Şəxs” MMM-nin surətli poçt daşıma xidmətinin qaiməsindən görünür ki, qaimənin alınma qrafasında xx.xx.2020-ci il tarix və Səbail Rayon Polis İdarəsinin məsul şəxsi Nəcəfovanın imzası qeyd edilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail RPİ-nin “Mitsubishi Lancer minik” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 07:16-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün Şəxs MMM-nə sorğu göndərilmiş, qeyd edilən sorğu isə xx xxxxxxx 2020-ci il tarixdə Şəxs MMM-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs MMM tərəfindən Səbail RPİ-yə məlumatın verilməsi haqqında məktub göndərilərək, “Mitsubishi Lancer minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 (sürücülük vəsiqəsi AD 021597) tərəfindən idarə edildiyi göstərilmişdir. Təsvir olunanlardan görünür ki, Şəxs MMM-nin Səbail RPİ-dən sorğunu aldı gündən 5 gün müddətində həmin sorğuya cavab verdiyindən, Şəxs MMM-nin Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMM-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMM-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı 3621617) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-18/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-18/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver