Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1800/2022 25.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 02 oktyabr 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi "KİA CEED" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Azneft dairəsi" adlanan ərazidə hərəkətdə olarkən yol- nişan qaydalarına əməl etdiyi təqdirdə yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanma səbəbini soruşduqda yol polisi əməkdaşı yolayrıcı keçmə qaydasını pozduğunu iddia etmişdir. O, qanunun tələblərini pozmamaq üçün yol polisi əməkdaşına protokol tərtib etməsini lakin iddia ilə razı olmadığını, protokoldan şikayət verəcəyini bildirmişdir. Yol polisi əməkdaşı barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmiş, həmin protokol əsasında 12 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında qərar qəbul etmişdir. Nəticədə barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Tərtib olunmuş protokol və onun əsasında qəbul edilmiş qərarla razı deyil və buna görə də hazırkı şikayətlə məhkəməyə müraciət edir. Yol hərəkəti qaydasını pozmadığı halda təqsirsizliyini sübut etmək məcburiyyətində deyil və tələb edir ki, yol polisi əməkdaşı törətmiş olduğu inzibati xətanı həqiqətən törətmədiyini sübuta yetirsin. Belə ki, İXM-nin tələblərinə əsasən, hazırki halda sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4934178 saylı inzibati protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP5314782 saylı qərar ləğv qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayəti müdafiə edərək şikayət ərizəsinə uyğun izahat verərək inzibti xəta hadisəni törətmədiyi üçün şikayət təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib işə xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 02 oktyabr 2022-ci il tarixdə, saat 17:13-də Bakı şəhəri, Neftçilər prospekti Azneft dairəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar qərarda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması, eləcə də inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən şikayətçi X3 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması, mövcud ziddiyyətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1800/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1800/2022
25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver