Məhkəmə qərarları › İş №3(009)-1803/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1803/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1803/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Əİiyeva Arzu Siyavuş qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 07 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 01 iyul 2025-ci il tarixli, 6-1-21/2-8807/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 30 iyun 2025ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 40000.00 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 02 iyun 2023cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 40000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 03 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs nümayəndəsi X5 tərəfindən məhkəməyə ünvanlanmış etirazda xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Müqavilələrə” əsasən, Şəxs MMC “BAPEX layihəsi” üzrə qazma əməliyyatlarını həyata keçirməkdən ötəri “X6” şirkətindən müvafiq malları satın alındığı, bunun davamı olaraq xx.xx.2023-cü il tarixli “Dördtərəfli” müqavilənin (1.İnternational Tubular Services Limited, 2. İnternational Tubulars FZE, 3. SOCAR AQS İNTERNATİONAL DMCC və 4. "xxxx" MMC arasında olmaqla) 3.8-ci maddəsinə əsasən, Şəxs MMC ilkin ödəniş qismində xx.xx.2023-cü il tarixdə 40.000,00 ABŞ dolları məbləğində vəsaiti “X6” şirkətinə ödənilmiş, "xxxx" Şirkəti Şəxs MMC-nin törəmə şirkətidir və "xxxx" şirkətinin maliyyələşdirilməsi məhz 100 faiz paya malik yeganə təsisçisi olduğu üçün Şəxs MMC tərəfindən həyata keçirildiyindən həmin ödəniş birbaşa olaraq Şəxs MMC tərəfindən “X6” şirkətinə ödənilmiş, qeyd olunan 40.000,00 USD ödənişi özündə ehtiva edən 80.000,00 USD ödənişi "xxxx" Şirkəti tərəfindən Şəxs MMC-yə "xxxx" vasitəsilə xx.xx.2025-ci il tarixdə geri qaytarılmış və bunu təsdiq edən xx.xx.2025-ci il tarixli “Arayış” da vardır. Şəxs MMC-nin bu məsələdə hər hansı bir təqsirinin olmaması, məhkəməyə təqdim edilən “Swift” ə əsasən 40.000,00 USD-nin Şəxs MMC-yə geri qaytarılması öz təsdiqi tapmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən SOCAR-AQŞ MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EP №: ******* nömrəli "xxxx" tərtib edilərkən Şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin "xxxx" şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, "xxxx"un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixli, EP №: ******* nömrəli "xxxx" da qeyd olunanlar tam əsassızdır, çünki SOCAR- AQS MMC baş vermiş hadisədə təqsirsizdir. SOCAR-AQS MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EP №; ******* nömrəli "xxxx" qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şəxs MMC barəsində AR-nm Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EP №: ******* nömrəli protokolun ləğv edilməsi və inzibati xəta haqqında icraat aparılan SOCAR-AQŞ MMC barəsində başlanılmış icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 izahatında pul vəsaitinin xaricdən qaytarıldığını və pul vəsaitinin təyinatının hara olması ilə bağlı sənədin elektron məhkəmə sistemindəki kabinetə yerləşdirildiyini və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Əİiyeva Arzu Siyavuş qızı izahatında qarşı tərəfdən tələb olunan məlumat elektron məhkəmə sisteminə yerləşdirildiyini, bu sənədlə tanış olduğunu, onlar üçün əsas məsələ pul vəsaitinin təyinatı ilə bağlı olduğunu, bu məsələ ilə bağlı artıq onlara sübut təqdim olunduğunu və işin xitam olunması ilə bağlı heç bir etirazı olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, SOCAR AQS İNTERNATİONAL DMCC şirkəti tərəfindən köçürülən 80000 USD (səksən min ABŞ dolları) məbləğli ödəniş xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin “Baş” filialında olan AZ98HAJCNCRUSD**********9007 saylı hesabına mədaxil edilmişdir və avans ödəniş təyinatlı köçürmələrin bağlanmasında istifadə olunmamışdır. Arayış "xxxx" ASC-yə təqdim olunması üçün verilmişdir. İş materiallarına əlavə edilmiş tərcümə edilmiş 29 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 23 iyun 2025-ci il tarixdə SOCAR-AQŞ MMC-yə geri qaytarılan 40.000 ABŞ dolları məbləği və 18 iyun 2025-ci il tarixdə isə geri qaytarılan 80.000 ABŞ dolları məbləği SOCAR-AQŞ MMC tərəfindən “X4 Services” şirkətinə ATB Bank vasitəsilə olunan 03 may 2023-cü il tarixli və 02 iyun 2023-cü il tarixli, həmçinin Kapital Bank vasitəsilə olunan 24 iyun 2023-cü il tarixli ödənişlərə aiddir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xalq Bank Baş filialının Şəxsnə ünvanlandığı məktubdan görünür ki, SOCAR AQS İNTERNATİONAL DMCC şirkəti tərəfindən köçürülən 80000 USD (səksən min ABŞ dolları) məbləğli ödəniş xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin (VÖEN **********) ASC "xxxx" “Baş” filialında olan AZ98HAJCNCRUSD**********9007 saylı hesabına mədaxil edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 iyul 2025-ci il tarixli məktubdan görünür ki, həqiqətən də 23 iyun 2025-ci il tarixdə SOCAR-AQŞ MMC- yə geri qaytarılan 40.000 ABŞ dolları məbləği və 18 iyun 2025-ci il tarixdə isə geri qaytarılan 80.000 ABŞ dolları məbləği SOCAR-AQŞ MMC tərəfindən “X4 Services” şirkətinə ATB Bank vasitəsilə olunan 03 may 2023-cü il tarixli və 02 iyun 2023-cü il tarixli, ödənişlərə aiddir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5(beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin geri qaytarılmasını təsdiq edən sənədlər mövcuddursa hüquqi şəxsin əməli İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən protokolda göstərilən 40000.00 ABŞ dolları məbləğində pul 2 il müddətində geri qaytarılmışdır. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar