Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1805/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokolun ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki,xx.xx.2020 tarixində saat 20.03-də E-təbib (əlavədə 1 vərəq) portalı vasitəsilə 2 saat müddətinə yaşayış yerini tərk edə bilməyinə icazə verilmişdir. Saat 22.00-da etibarnamə əsasında idarə etdiyi ** TO *** dövlət nömrə nişanlı avtomobil yaşadığı evdən təqribən 200 metr uzaqlıqda, eyni küçədə Dövlər Yol Polis idarəsinin Yol Patrul Xidməti Baş inspektoru, polis leytenantı X4 tərəfindən dayandırılmış, xüsusi avadanlıq vasitəsilə şəxsiyyət vəsiqə əsasında portalda yoxlamış və onun icazəsinin olmadığını bildirmişdir. O, E-təbəbdən aldığı icazəni mobil telefonunda ona təqdim etmiş, 2 saatlıq müddətin bitmədiyini göstərmişdir. O isə ümumyyətlə portalda onun icazəsini görmədiyini və səbəbdən də yaşayış yerini tərk etmək icazəsinin olmadığı üçün protokol yazacağını bildirdi. Məsələnin aydınlaşdırılması üçün təqribən 15 dəqiqə keçdi. Nəticədə saat 22.15-də Epidemiya əleyhinə sanitariya-gigiyena və karantin rejiminin pozulması halına yol verdiyinə görə 211.1-ci maddə əsas götürülərək 200 manat məbləğində İXP ******* saylı protokol əlavədə 1 vərəq) tərtib etdi. O avtomobili dayandırıldığı zaman 2 saatlıq icazə müddətinin başa çatmasına 3 dəqiqə qaldığını, evinin yaxınlığında olduğunu və 1 dəqiqə ərzində evinə çata biləcəyini bildirmişdir. O isə 2 saatlıq müddətin bitdiyinə görə yox, portalda onun icazəsini görmədiyini və bu səbəbdən də yaşayış yerini tərk etmək icazəsinin olmadığı üçün protokol yazdığını bildirdi. Protokol saat 22.15-də yazıldığını görmüş və polisə bildirmişdir ki, onu saat 22.00-da saxlamısınız, icazə müddəti 22.03-də bitirdi (əlavədə 1 vərəq), saat 22.15-də isə protokol yazılıb. O protokol ilə razı olmadığını və araşdırma aparılması üçün müvafiq addımlar atacağını və icazə müddətinin bitməsinə məhz polisin araşdırmasının səbəb olduğunu və bunu sonradan necə sübut edə biləcəyini soruşduqda, o bildirdi ki, siz saxlanılan vaxt, həm də protokol yazıldığı vaxt xüsusi video qeydiyyat və səs yazısı aparılmışdır. xx.xx.2020 tarixində Daxili İşlər Nazirliyə müraciət etmiş, müraciətinin 016-60079B-4120 nömrəsi əlavədə 1 vərəq) ilə qeydiyyata alındı, Bakı şəhər Baş Dövlət Yol Polis idarəsinin müfəttişi Tərlən adlı şəxs müvafiq araşdırılma aparıldığını və Yol Patrul Xidməti Baş inspektoru, polis leytenantı X4 tərəfindən xüsusi avadanlıq vasitəsilə onun icazəsinin yoxlandığı zaman portalda texniki nasazlıq olduğunu, portalın işləmədiyinin məlum olduğunu bildirdi. Müfəttiş Tərlan müəllim icazəsi olduğu halda ona protokol yazılmasının doğru olmadığını, eyni zamanda protokolu tərtib edən polis əməkdaşının da portal işləmədiyi üçün günahı olmadığını bildirdi və protokolun ləğv edilməsinin Bakı şəhər Baş Dövlət Yol Polis idarəsinin səlahiyyətində olmadığını və müvafiq rayon üzrə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Yuxarıda qeyd etdiyi kimi etibarnamə əsasında idarə etdiyi ** TO *** dövlət nömrə nişanlı avtomobil satılan zaman ödənməmiş borcu olduğu müəyyən edilmiş və o avtomobilin satışının həyata keçirilə bilməsi üçün xx.xx.2020 tarixində 200 manatı ödəmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq məsələnin araşdırılmasını və ədalətli qərar çıxarılmasını məhkkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş şikayət olunan şəxsin iştirakı olmadan baxılmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3, xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokolu ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Dövlət X9 göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməməsi, inzibati xəta haqqında protokol qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda şəxsin məhs hansı karantın qaydalarının pozması barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 22:15-də karantin rejimi qaydalarını pozmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələbi pozulmuşdur. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X2 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokoluna dair inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Dövlət X9 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokoluna dair inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün yenidən Bakı şəhər Dövlət X9 göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1805/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1805/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver