Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1806/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1987-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, azərbaycanlı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakım şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi 1-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 09.09.2021-ci il tarixli MN№1100540 seryialı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən ünvan 1 ünvanında yaşayan Şəxs üzərində qanunsuz olaraq narkotik vasitəsi gəzdirməsində məlumat daxil olduğu üçün BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb Baş İdarəyə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana əynində olan şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Aşkar olunan narkotik vasitənin çəkisi 0,845 qram, yəni şəxsi istehlak miqdarında olduğundan Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Lakin Şəxs 0,845 qram xalis çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə yol vermişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Həmçinin göstərmişdir ki, narkotik maddəni mütəmadi deyil, hərdən qəbul edir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarovun 09.09.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materilar üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə aidiyyəti Səbail RPİ-nə göndərilməsi qərara alınmışdır. Eyni zamanda iş üzrə 0,845 qram narkotik maddə qurudulmuş marixuana aidiyyəti üzrə saxlanca təhvil verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 09.09.2021-ci il tarixli rəyinə əsasən Şəxs şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,845 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə 09.09.2021-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olması iş materiallarından olan sübutlarla tam təsdiq olunduğundan, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. AR İXM-nın 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını və törədilən əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində minimum həddə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəlli 08.09.2021-ci il tarixdən saat 11:45 radələrindən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və onun barəsində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli 08.09.2021-ci il tarixdən saat 11:45-dən hesablansın. İş üzrə aşkar edilərək götürülmüş və Səbail rayon Polis İdarəsində saxlanılan maddi sübut - 0,845 qram narkotik vasitə sayılan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1806/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1806/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver