Məhkəmə qərarları › İş №3(009)-1807/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1807/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1807/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cü ildə Qax şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, Xırdılan şəhəri, “xxxxxx” MMC-də fəhlə işləyən, Xırdılan şəhəri, 28-ci məhəllə, 5-ci bina, mənzil 46-da yaşayan, Qax şəhəri, V.Eyvazov küçəsi, ev 19-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli MN№0633780 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq narkotik vasitə sayılan marixuananı istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İş üzrə Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədil ilə aparılan tibbi müayinə barədə xx.xx.2020-ci il tarixli 1/1484 saylı protokola əsasən Şəxs müayinə zamanı narkotik vasitə olan marixuananın və amfetaminin qəbul edilməsi (istehlakı) aşkar edilmişdir. İş üzrə Ambulator Məcburi-Narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 792 No-li rəyə əsasən Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. AR İXM-nın 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2020-ci il tarixdə tibbi müayinədən keçərkən onda narkotik vasitələrin qəbulu (istehlakı) halı aşkar edilmişdir. Bu səbəbdən onun əməlində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Lakin məhkəmə hesab edir ki, inzibati xəta faktı aşkar edildiyi gündən 3 aydan artıq vaxt keçdiyinə görə, Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. AR İXM-nın 38.1-ci madəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53-cü, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli hesab edilsin və AR İXM-nın 38 və 53-cü maddələrinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar