Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1808/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Səbail Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala, o cümlədən xx.xx.2025-ci il tarixli 00100- 11859/25 saylı inzibati xəta haqqında protokola əsasən, X2 55E2055/55BT790 dövlət nömrə nişanlı avtomaşınla idxal olunan yüklərə “İpək Yolu” gömrük postunun anbarında fiziki baxış keçirilib təhvil verildikdən sonra nəqliyyat vasitəsinin yük yerində sərhəd gömrük orqanı tərəfindən VAİS-də qeydiyyat kodu verilməyən 2 palet (88 ədəd rulonda hər biri 8,0 kq) ümumi netto çəkisi 704,0 kq, brutto çəkisi 732,0 kq olan SEE markalı “Autobag brand automated systems” daşıma üçün paketlər aşkar edilmişdir və bu barədə xx.xx.2025-ci il tarixdə yoxlama haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin məhkəmə iclasında yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin səlahiyyətli nümayəndəsi iştirak etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş qurum isə gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-in əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. İş materiallarının tədqiqinə əsasən: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli yoxlama protokolundan aydın olur ki, “İpək Yolu” gömrük postunun 6cı anbarında 55E2055/55BT790 dövlət nömrə nişanlı yük avtomaşınında sonuncu yükə fiziki baxış keçirildikdən sonra nəqliyyat vasitəsində “Mallarn çatdırılması və boşaldılması” sistemində qeydiyyat kodu olmayan və VAİS üzrə idxalçı şirkətlərə məxsus olmayan yük aşkar olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, EP seriyalı, 00100-01859/25 nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Şəxs MMC-nin direktoru Telman Qurbanov tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, 55E2055/55BT790 nömrəli yük maşınına EX051182 628674/0006 invoysa əsasən “Hydrasun LTD (X6)” yükü yüklənməli idi, lakin Almanyadakı anbardarın diqqətsizliyi nəticəsində yük qarışdırılaraq X4 Gmbh şirkətinə aid olan ********* nömrəli invoysdakı yük (malların adı: Plastic bags on rolls ABBWGL Plain 225mm x 450mm No Header 0mm 50,600 mu 50,600 2,0 92 0 760 with skirt 6mm 075 micron black opaque/white no additive EU standart bag 10” printed AUTOBAG corrugated QTY:550 plain bag - 2 pallets; brutto 732 kq; netto 704 kq) qeyd olunan həmin maşına yüklənmişdir və həmin yük üzrə məsuliyyət daşımağa hazırdırlar və malların müsadirə olunmasına etiraz etmirlər. Həmçinin, məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə X1 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-də (VÖEN:**********) dispetçer vəzifəsindədir, hal-hazırda həmin MMC-in etibarnamə üzrə nümayəndəsidir. MMC-in əsas fəaliyyət istiqaməti daşıma fəaliyyətinin həyata keçirilməsindən ibarətdir. Bu işlərin görülməsi məqsədilə müxtəlif ölkələrdən müxtəlif adda mallar yük nəqliyyat vasitələri ilə təyinatı üzrə daşınır və daşınan mallara nəzarət həyata keçirilir. 55E2055/55BT790 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində olan yüklərin təyinatı üzrə çatdırılmasına nəzarəti şirkət olaraq onlar həyata keçiriblər. Həmin nəqliyyat vasitəsinə Avropada yüklənən mallar Avropanın müxtəlif ölkələrində, habelə Azərbaycan Respublikasında boşaldılması nəzərdə tutulmuşdur. Həmin nəqliyyat vasitəsində olan malların bir hissəsi Avropada boşaldılmışdır, qalan hissəsi isə “İpək Yolu” gömrük postunda boşaldılmışdır. Lakin mallara baxış zamanı həmin nəqliyyat vasitəsində 2 palet ( 88 ədəd rulonda hər biri 8,0 kq) ümumi netto çəkisi 704,0 kq, brutto çəkisi 732,0 kq olan SEE markalı “Autobag brand automated systems” daşıma üçün paketlər aşkar edilmişdir. Fərid Rəhimov qeyd edir ki, 55E2055/55BT790 dövlət qeydiyyat nömrəli yük maşınına Ex051182 628674/0006 invoysa əsasən “Hydrasun LTD (X6)” yükü yüklənməli idi, lakin Almanyadakı anbardarın diqqətsizliyi nəticəsində yük qarışdırılaraq X4 Gmbh şirkətinə aid olan ********* nömrəli invoysdakı yük (malların adı: Plastic bags on rolls ABBWGL Plain 225mm x 450mm No Header 0mm 50,600 mu 50,600 2,0 92 0 760 with skirt 6mm 075 micron black opaque/white no additive EU standart bag 10” printed AUTOBAG corrugated QTY:550 plain bag - 2 pallets; brutto 732 kq; netto 704 kq) qeyd olunan həmin maşına yüklənmişdir. Ona görə də həmin mallar gömrük orqanına bəyan edilməmişdir. Aşkar olunan 2 palet (88 ədəd rulonda hər biri 8,0 kq) ümumi netto çəkisi 704,0 kq, brutto çəkisi 732,0 kq olan SEE markalı “Autobag brand automated systems” daşıma üçün paketləri rəsmiləşdirmək niyyətində deyildirlər, Almaniyada olan anbarla əlaqə saxlayıblar, orada bildirilib ki, qeyd olunan malları istəmirlər. Həmçinin qeyd edir ki, Almaniyadan həmin malların geri alınması ilə bağlı gələcəkdə hər hansı tələb olarsa Şəxs MMC olaraq məsuliyyət daşımağa hazırdırlar. Odur ki, həmin malların müsadirə olunmasına etiraz etmirlər. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 129 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 88 ədəd (rulon) SEE markalı “Autobag brand automated systems” daşıma üçün paketlər adlı qida əlavələrinin xx.xx.2025-ci il tarixə 1 ədəd (rulon) SEE markalı “Autobag brand automated systems” daşıma üçün paketin orta bazar qiyməti 16 (on altı) manat olmaqla 88 ədədin (rulonun) orta bazar qiyməti 1408,0 (min dörd yüz səkkiz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin qeydinə əsasən Bu Məcəllənin 479-481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMCyə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs MMC-in təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati xətanı ehtiyatsızlıqdan törətmiş hüquqi şəxs əməlini səmimi etiraf etdiyindən və əmlakın müsadirəsinə köməklik göstərilməsini xahiş etdiyindən bu hallar yüngülləşdirici hal qismində nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməli, inzibati xətanın bilavasitə obyekti olan 2 palet ( 88 ədəd rulonda hər biri 0,8 kq) ümumi netto çəkisi 704,0 kq, brutto çəkksi 732,0 kq olan SEE markalı “Autobag brand automated systems” daşıma üçün paketlər müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan 2 palet (88 ədəd rulonda hər biri 8,0 kq) ümumi netto çəkisi 704,0 kq, brutto çəkisi 732,0 kq (orta bazar qiyməti 1408 manat) olan SEE markalı “Autobag brand automated systems” daşıma üçün paketlər müsadirə edilsin. Qərarın icrası Səbail rayon icra şöbəsinə həvalə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa apellyasiya şikayət verilə bilər. Hakim Afət Quliyeva.
Məhkəmə qərarları › İş №3(009)-1808/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1808/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver